Şrift:
Azərbaycanın Müdafiə Nazirliyi ermənilərin açıqlamasına reaksiya verdi
11.07.2014 [13:08] - Gündəm, Hərb
İşğalçı Dağlıq Qarabağ rejiminin hərbi dairələri iyulun 10-da açıqlama yayaraq cəbhə bölgəsində, Kəlbəcər istiqamətində Azərbaycan Silahlı Qüvvələrinə aid kəşfiyyat-diversiya qrupunu zərərsizləşdirdiyini iddia edib. Məlumatda tutulan hərbi qulluqçulardan birinin 1968-ci il doğumlu Quliyev Şahbaz Calal oğlu olduğu bildirilir. Şahbaz Quliyevin rütbəsi barədə bilgi verilməsə də, onun Tərtər rayonunun Qapanlı kəndində qeydiyyatda olduğu vurğulanır.

Azərbaycanın Müdafiə Nazirliyi iyulun 11-də bu iddialarla bağlı rəsmi açıqlama yayıb. Nazirlik bildirir ki, Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumatda adı çəkilən şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmir.
Bu xəbər oxucular tərəfindən 698 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed