Şrift:
Güney Azərbaycanda və Iranda bu həftənin ictimayi–siyasi mənzərəsi
12.07.2014 [11:54] - Güney Azərbaycan xəbərləri, Siyasi partiyalar
Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamentinin Güney Azərbaycan və İranda bu həftəylə bağlı həftəlik icmalı


Hər həftə olduğu kimi bu həftəki icmalımızda da Güney Azərbaycan və İranda ictimai-siyasi vəziyyət haqda, əsasən Güney Azərbaycan və İranda başverən ictimai-siyasi hadisələr, həbsdə olan Güney Azərbaycan Milli Hərəkat fəallarının durumu, Urmu gölünün qurudulması, Güney Azərbaycanda işsizlik və içməli su poroblemi və İran rejiminin uğursuz nüvə danışıqları haqda oxucularımıza qısa məlumat verəcəyik.

Güney Azərbaycanlı milli-mədəni fəal, Yeni GAMOH Təşkilatının başqanı, siyasi məhbus Kərəcin Rəcayişəhr zindanında 52 gün aclıq aksiyası keçirdikdən sonra aksiyanı dayandırıb.
Milli-mədəni fəal Milli Hərəkat fəallarının xahişini nəzərə alaraq bəzi tələbləri qəbul olunduqdan sonra aclıq aksiyasına son qoyub.

Lətif Həsəninin həyat yoldaşı Əzəm Pirinin sosial şəbəkədə yaydığı məlumatda deyilir ki, İranda hələ ki, siyasi fəallarla davranışda problemlər var və təhlükəsizlik qüvvələrinin istəyi ilə siyasi məhbuslara və ailələrinə təzyiqlər göstərilir.

L.Həsəni siyasi məhbuslara qarşı təhlükəsizlik davranma məsələsinin düzlməsinə ümid etdiyini bildirrək deyib ki, ailəm və dostlarımın nigaranlığına son qoymaq üçün aclıq aksiyasını dayandırdım. Əgər yenidən zindan məsulların davranışı təkrar olacaqsa bir daha aclıq aksiyasına başlayacağam.

Qeyd edək ki, azərbaycanlı fəalın bu müddətdə cismi və ruhi durumu olduqca ağır olub və keçən xəbərlərimizdə çatdırdığımız kimi məhbusun vəziyyəti barəsində onun həyat yoldaşı Əzəm Piri mətbuata məlumat yayıbdır.

Bildirək ki, keçən günlərdə azərbaycanlı milli-mədəni fəal, siyasi məhbus Lətif Həsəni Təbrizin mərkəzi zindanından Tehranın Evin zindanının karantin bölümünə, sonra isə Kərəcin Rəcayişəhr zindanına intiqal edilib.

Milli-mədəni fəal bundan öncə ailəsinin yaşadığı şəhərdə yerləşən Rəcayişəhr zindanının siyasi bölümü vəya Evin zindanının siyasi bölümünə intiqal edilməyənə qədər aclıq aksiyasını davam etdirəcəyini bildirmişdir.

Mayın 18-dən aclıq aksiyasına başlayan Fəal, yaşadığı şəhərin zindanına köçürülməməsi, məhbusların hüquqlarının pozulması və onların ailələrinin narahat edilməsinə etiraz olaraq aclıq aksiyasına başlamışdır.

Xatırladaq ki, adını çəkdiyimiz fəal, Ayət Mehrəlibəyli, Mahmud Fəzli, Şəhram Radmehr və Behbud Quluzadə ilə birlikdə qanunsuz təşkilat yaratmaqda və sistemin əleyhinə təbliğ etməkdə günahlandırılaraq 9 il həbsə məhkum edilib.Bunula yanaşı Güney Azərbaycanlı milli-mədəni fəal Məhəmməd Xətibi Təbrizin İnqilab Məhkəməsinə çağırılıb. Fəala göndərilən bildirişə əsasən o avqustun 5-də Təbrizin İnqilab Məhkəməsinin 1-ci şöbəsində olmalıdır.
M.Xətibinin məhkəməyə çağırılmasının səbəbi aprel ayında tutulması ilə bağlıdır. Fəal aprelin 5-də 20-ci istintaq şöbəsinə müraciət etdikdən sonra tutulub zindana salınmışdı. O üç gün sonra 10 milyon tümənlik vəsiqə qarşılığında zaminə buraxılıb. O heç bir qanuni fakt olmadan bölücü və sistemə qarşı olan qruplarla əməkdaşlıqda günahlandırılıb.

Qeyd edək ki, M.Xətibi bundan öncə də Urmu gölünün qurudulmasına diqqət yönəltmək kimi xeyir əməlinə görə həbs edilmişdi.

Şərti azadlıqda olan Mərziyə Rəsulinin üzərində 2 illik həbs və 50 şallaq zərbəsi cəzası var. Bu cəzalar hələ ki, icraya yönəldilməyib.

Mərziyə Rəsuli iyulun 7-də “Tvitter” (Twitter) səhifəsində yazıb: “Mənə çıxarılan hökm təsdiq edilib. Sabah hökmün icrası üçün zindana getməliyəm. Bilmirəm onlar mənimlə niyə belə davranır. Deyəsən, mənə çıxarılan hökm təsdiqlənən kimi onu icraya yönəltmək istəyirlər”.

İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Tehran şöbəsinin əməkdaşları Mərziyə Rəsulini 2012-ci il yanvarın 17-də mənzilində tutub Tehranın Evin zindanına aparmışdılar. Jurnalist 40 gün həbsdə saxlandıqdan sonra 300 milyon tümənlik (təxminən 100 min dollar) mülk girovu qarşılığında şərti azadlığa buraxılmışdı.

Məhkəmə Mərziyə Rəsulini 2 illik həbsə və 50 şallaq zərbəsinə məhkum edərkən onu sistemə qarşı təbliğat aparmaqda, qanunsuz toplantılara qatılmaqla ictimai asayişi pozmaqda və ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda təqsirli bilib.

Bu arada İran "İslam" Respublikasında əhali Rəməzan ayında hər il olduğu kimi bu il də polis zorakılğı ilə üz-üzə qalıb.
İran rejiminin daxili siyasətində, ölkə daxilində fərdlərin və millətlərin hüquqlarının pozulması davam edir.Müqəddəs Ramazan ayından da öz siyasi məqsədləri üçün istifadə edərək insanları qorxu və təziq altında saxlayır.Ermənilərin Dağlıq Qarabağ kimi müsəlman torpaqlarının işğal edilməsi və orada müqəddəs yerlərin,məscid və ziyarətgahların dağıldılıb və təhqir olunmasına göz yuman qondarma islam rejiminin əsil mahiyyəti göz önündədir.
Bunula yanaşı İranda “Facebook” sosial şəbəkəsindəki fəaliyyətlərinə görə həbsdə saxlanan fəallar Bəhmən Təfəzzüli Nəsəb, Əfşin Zəmanəti, Rza Ticarə və Davud Əfruz azadlığa buraxılıb.“Facebook” fəallarının müvəqqəti azadlığa buraxılması ailələrinin qoyduğu mülk girovu qarşılığında mümkün olub.

İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Dehdəşt şöbəsinin əməkdaşları fəalları mayın sonlarında tutub. İki gün “Sepah”ın təcridxanasında saxlanan fəallar sonradan Gəçsaran zindanına köçürülüb. Fəallar “Facebook”dakı yazıları və paylaşdıqları mövzularda sistemə qarşı təbliğat aparmaqda və İranın dini liderini təhqir etməkdə günahlandırılırlar.
Bütün bu çətinliklərlə yanaşı İran rejiminin anti Türk və qeyri farslara qarşı ayrı seçkilik siyasəti Güney Azərbaycanda özünü daha açıq formada göstərməkdədir beləki, Zəncanın Şəhər Şurasının üzvü bildirib ki, Zəncan ölkənin ən az gəlirli şəhərləri sırasında olduğu halda, bu şəhərin əksər projeləri yerli olmayan padratçılar tərəfindən icra edilir.
Səid Xodadadi jurnalistlərə deyib ki, “Zəncan ölkənin bahalı şəhərlərdən biridir, lakin bu şəhərin əhalisi az gəlirə malikdir. Bu halda şəhərin böyük projelərinin yerli olmayan padratçılar tərəfindən icra ediləməsini başa düşülən deyil.”

Sonda S.Xodadadi Şəhər Şurasının Bələdiyyənin bəzi projeləri ilə razılaşmadığını da dilə gətirib.xatırladım ki,eyni vəziyyət Güney Azərbaycanın bütün vilayətlərində və iranın Fars olmayan bölgələrindədə höküm sürür.iran rejiminin yanlış və qərəzli siyasəti nəticəsində ölkədə iqtisadi gərginlik,bahalıq və işsizlik dözülməz həddə çatıb bu azmış kimi daha bir poroblem Güney Azərbaycan əhalisini çıxılmaz duruma salıb.Son günlərdə İran mənbələrimizi verdiyi məlumata əsasən Güney Azərbaycanın bir çox kənd və şəhərləri içməli su qıtlığından əziyyət çəkir.
Şərqi Azərbaycan vilayətinin kəndlər üzrə su və kanalizasiya şirkətinin məsulu bildirib ki, Şərqi Azərbaycanda 346 kənd quraqlıqdan ətkilənib.

Əli Səmədnejad Şərqi Azərbaycanın valisi və millət vəkillərinin keçirdiyi birgə iclasda əlavə edib ki, su azlığı səbəbindən 76 kəndə tankerlərlə su çatdırılır.

O, 2713 kəndən 632 kənddə içməli su şəbəkəsinin olmadığını diqqətə çatdıraraq deyib: “Bu kəndlər arasında 138 kənddə 20 ailədən çox əhali yaşayır və hazırda 64 kəndə su xətləri çəkilir”.

Qeyd edək ki, hazırda Güney Azərbaycanın bir çox məntəqəsində yaşayış məntəqələri ilə yanaşı əkinçilər də suyun azlığından şikayətlənir. Buna əsas səbəb bölgədə yaşanan quraqlıq və dövlətin həmin məntəqəqlərin problemlərinə laqeyd münasibətidir.Oxşar durum Güney azərbaycanın Qəzvin,Zəncan,Ərdəbil,Qərbi Azərbaycanda da müşahidə olunmaqdadır mənbələrimizin verdiyi məlumata əsasən suzuzluqdan,işsizlikdən və dövlətin əhalinin poroblemlərinə laqeyd və ayrıseçkilik münasibətinə dözməyən Azərbaycan əhalisi məcburən öz tarixi torpağlarını tərk etməli olurlar.
Misal olaraq min illərlə Əkinçilik üçün olduqca əlverişli torpağa malik olan Ərdəbil vilayəti kənd təsərrüfatı məhsullarının istehsalı baxımından getdikcə geriləyir.

İran rejimin yanlış siyasəti nəticəsində kənd təsərrüfatı məhsullarının azalması, bu bölgədə məcburi köç ilə müşayiət olunur. Rejimin təyin etdiyi məsullar isə həmişəki kimi quraqlığı bəhanə edirlər. Lakin 10-20 faiz yağıntının azalması ilə kənd təsərrüfatının 50 faiz azalması arasında heç bir əlaqə yoxdur. Meşginşəhrin Kənd Təsərrüfatı İdarəsinin müdiri Əhəd Məsumi bildirib ki, bu il Meşginşəhr məntəqəsində buğda istehsalı keçən ilə nisbət 75 faiz azalıb. Bununla yanaşı bölgədə rejimin ayrı-seçkilik siyasəti nəticəsində əhalinin köçü kəskin şəkildə artıb. Yerli məsullardan Məhəmməd Baqir Beheşti Meşginşəhrin Planlaşdırma Şurasında köç məsələsinə işarə edərək bu məsələnin bölgənin iqtisadiyyatı üçün dağıdıcı zərbə vurduğunu bildirib.

Qeyd edək ki, həm əkinçilik və həm də bölgədən köçmək məsələsi Güney Azərbaycanın əksər bölgələrində müşahidə olunur!
Bu arada Urmu Gölünü Canlandırma Mərkəzinin məsulu Azərbaycanın həyatının Urmu gölünün həyatından asılı olduğunu diqqətə çatdıraraq bildirib ki, “Urmu gölünü qurtarmaq üçün hər şey hazırdır”.İsa Kəlantəri dünən Urmu gölü böhranına çıxış yollarının axtarışı tədbirində deyib:

“Urmu gölünü dirçəltmək üçün bütün şərait və araşdırmalar mövcuddur. Ama bunun üçün hamının istəyi, ölkə əhalisi və dövlətin birgə hərəkət etməsi şərtdir”.

İ.Kəlantəri vurğulayıb ki, ölkə universitetlərinin elmi araşdırması, Urmu gölünün yenidən canlanması və keçmiş vəziyyətə qayıtmasına əsas verir.

Urmu Gölünü Canlandırma Mərkəzinin məsulu əlavə edib ki, planlaşdırma və büdcə təşkilatının elanına əsasən, ölkənin bir çox cari problemlərinin olduğuna rəğmən, Urmu gölünün qurtarılması üçün heç bir maliyyə problemi yaşanmamalıdır.

Qeyd edək ki, hazırda Urmu gölünün 96%-i quruyub. Təmami ilə məhv olma təhlükəsi ilə üz-üzə qalan Urmu gölü uzun illərdir mətbuatın gündəmindədir. Lakin İran rejimi hələ ki, heç bir əməli addım atmayıb və məhz bu səbəbdən əhali məsulların zaman-zaman gölün qurtarılması ilə bağlı verdikləri açıqlamaları ciddiyə almır...!
Azərbaycanlıların bütün mübarizəsinə rəğmən Urmu gölününün qurudulmasında böyük rol oynayan İran rejimi indi də gölü Qeydiyyat İdarəsinin rəsmi sənədində ölkə xəritəsindən ləğv edib. İranda bütün şəhərlərdə istifadə edilən vərəqdəki xəritədə Urmu gölünün ləğvi edilməsi bir sıra Azərbaycanlı məsulların da etirazına səbəb olub:
Qərbi Azərbaycanın əksər məsulları və o cümlədən millət vəkili Nadir Qazipur məsələdən xəbərsiz olduğunu bildirərək, gölün xəritədən silindiyi halda məsələyə etiraz edəcəyini bildirib. Qərbi Azərbaycan Vilayətinin Qeydiyyat İdarəsinin baş müdiri Cəvankiya məsələdən xəbərsiz olduğunu və tezliklə bu məsələnin düzəldilməsi üçün çalışacağını bildirib.

İranın Qeydiyyat İdarəsinin Urmu gölünü sözü gedən vərəqədən ləğv etməsi Urmiyə xəbər agentliyinin məsul müdiri Əli Nəzəri tərəfindən müşahidə və ifşa olunub.

Qeyd edək ki, hazırda Urmu gölü sürətlə quruyur və artıq 95%-nin quruduğu bildirilir. Bir çox ekspert gölün qurumasında İran rejimini təqsirli bilir. Bu vəziyyətdə Urmu gölünün xəritədən silinməsi ekoloji tərəfdarları və ümumiyyətlə Azərbaycan xalqı üçün ciddi mesaj kimi qəbul oluna bilər!

İranda Urmu gölünün qurudulmasına dair daha bir Çağırış!
İran rejimi Urmu gölünü qurtarmaqla bağlı bir addım belə atılmadığı halda, gölün qurutmasına dair açıq-aşkar çağırışlar səsləndirilir.
Keçən illərdə İran parlamentində Bocnurdun millət vəkili kimi millətin nümayəndələri tərəfindən səsləndirilən fikir, sonralar mediada, rəsmi qurumlarda və bəzi sözdə mütəxəssislər tərəfindən səslənməyə başladı və hələ də davam edir!

Son məlumata görə, İran mətbuatı mövzu ilə bağlı sözdə mütəxxəsis sayılan professor Pərviz Kərdvaniyə yenidən müraciət ediblər. P.Kərdvani keçmişdəki sözlərini daha sərt formada təkrar edib: “Oranı qurudun və heyvan-bitki parkına çevirin. Mənə deyirlər ki, nə üçün Urmu gölünün su ilə doldurulmasına rəy vermirsən? Başqa göllər barəsində bunu etmək olar, ama Urmu gölündə xeyir! Urmu gölünə su axıdmaq xəyanətdir, ona görə ki, bu duzun və milli sərmayənin məhv edilməsidir və nəticədə torpağın və suyu məhv edilməsi ilə sonuclanacaq.”

P.Kərdvani söhbət əsnasında duzun əhəmiyyətli və qiymətli olmasını xatırladıb və bunun neft-kimya və neft sənayesində məsrəf edilməsini yararlı görüb!

Qeyd edək ki, P.Kərdvani keçmişdə də Urmu gölü ilə bağlı oxşar fikirlər irəli sürmüşdür. O mütəxxəssis kimi danışır və İranın bir sıra mətbu orqanı da öz mövqelərini elmi göstərmək üçün ona müraciət edirlər. Halbu ki, bir çox xarici və Hüseyn Axani kimi daxili ekspertlər P.Kərdvaninin Urmu gölü ilə bağlı fikirlərini dəfələrlə qeyri-elmi və başa düşülməz mövqe kimi qiymətləndiriblər. Bizə görə isə, P.Kərdvani Urmu gölünü qurutmaqla azərbaycanlıları həmin bölgədən çıxarıb və İranın mərkəzi vilayətlərinə köçürmək istəyən məkrli qüvvələrinin sırasındadır!
Görünür İran rejimi üzdə Urmu gölünün nicati üçün bəzi layihələr hazırlasada bu gölü xilas etmək niyyətində deyil rejimin gizli məqsədi həmin gölü qurutmaqla bu bölgədə min illərdən bəri öz tarixi torpağlarında yaşayan milyonlarla azərbaycan türkünü həmin vilayətdən köç etdirərək terrorist kürdlərə həmin vilayəti işğal etməsinə şərayit yardaır.
Bu arada İranda Azə yaşlı uşağların istismarı və yetginlik yaşına çatmayan qizların erkən ərə verilməsidə gündəmin əsas mövzularından biri dir.

İran "İslam" Respublikasında azyaşlı qızların ərə vermə halları böyük rəqəmlərlə açıqlanır.
Ölkənin Qeydiyyat İdarəsini yaydığı statistikaya görə, “keçən ilin birinci 9 ayında 579871 nikahdan 30956-sı yaşı 15-dən az olan qızlara aiddir. Bu isə bütün nikahların 5.3 faizi deməkdir. Son 7 ildə qeydə alınan nikahların üçdə birdən çoxu isə yaşları 19-dan az olan qızlara aiddir”.

Həmçinin Qeydiyyat İdarəsinin yaydığı statistikaya görə, keçən ilin birinci 9 ayında qeyd olunan nikahların ən çoxu kişilərdə 20-24 və qızlarda 15-19 arası yaşlarda müşahidə olunub.

Qeyd edək ki, şərhçilərin fikrincə, İranda vaxtından gec ailə quran kişilərin sayının artması və yaşlı kişilərlə azyaşlı qızların ailə qurmasının əsas səbəbi iqtisadi amillərlə izah olunur!
İranda təməl insan haqlarının pozulması adi hal kimidirsə qadın və uşaq hüquqlarının pozulması da çox sürətlə irəliləyir. Külli miqdarda yeraltı və yer üstü sərvətlərə malik olan İran İslam Respublikasında bir çox məsələ göründüyündən də ağırdır.
Bu ölkədə iqtisadi gərginlikdən dolayı yetkinlik yaşına çatmayan uşaqların işləməsi adi hala çevirilib və onlar fürsəttələb insanlar tərəfindən istismar olunur.Yerli mənbələrimizin verdiyi məlumata əsasən İranda topdan satış məntəqələrində və qara bazarda ən ağır və təhlükəli işlərdə az yaşlı uşqalrın sayı keçmiş illər nisbətdə dəfələrlə artıb və bu hüquq pozuntuları rejim tərəfindən adı halkimi qimətləndirilir iranda az yaşlı uşaqların cinsi və fiziki istismarı,narkotik maddələrə aludəçiliyi və narko baronların himayəsinə düşdüyü qonşu dövlətlərlə müqayisədə çox acınacaqlıdır araşdırmalara əsasən İranda hər dör uşqdan bir cinsi,fiziki, və başqa təhlükəli işlər cəlb olunur.Bu isə iran rejiminin yanlış və qərəzli siyasətinin nəticəsidir.

Bu arada İran rejimi qərb ölkələrilə nüvə müzakirələrini davam etdirir lakin hələki müsbət mənada irələyiş əldə olunmadığı bilinməkdədir.Amerika başda olmaqla Avropa ölkələrinin irana qarşı tətbiq etdiyi iqtisadi və siyasi sanksiylar hələdə davam etməkdədir bir neçə mərhələdən ibarət nüvə danışıqlarından tərəflər arasında hər hansı bir erazılıq əldə olunması mümün olmayıb.İran tərəfi ilkin şərt olaraq bütün sanksiyların ləğvini tələb etsədə qərb ölkələri bunula razılaşmadığı məlumdur qərb ölkələrinin bir çoxu iranın uranı zənginləşdirməkdən vaz keçməsini və bütün nüvə abyektlərini bağlamağ tələb edir İran isə nüvə fəaliyyətini dinc məqsədli olduğunu bildirərək bu fəaliyyətini sona qədər davam etdirəcəyini bəyan edir.
Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq iyulun 10-da jurnalistlərə İranla 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) arasında Avstriyanın Vyana şəhərində aparılan nüvə danışıqlarından söz açıb.

Heyq deyib ki, Qərbin İranla apardığı nüvə danışıqlarının tam və qəti nəticə verəcəyinə əmin deyil: “İranla 5+1 qrupuna üzv ölkələr arasında böyük ixtilaflar var. Bununla belə, hazırda aparılan danışıqlar problemin həlli üçün ən yaxşı fürsətdir”.

İranın 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) ilə apardığı nüvə danışıqlarının 6-cı, sonuncu mərhələsi iyulun 1-də başlayıb. Danışıqların ən çətin və həlledici dövrü sayılan bu mərhələ 20 gün davam edəcək.
Bu arada Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi ayətullah Haşimi Rəfsəncani İranla ABŞ-ın İraqda əməkdaşlığını mümkün sayır. Rəfsəncani bunu Yaponiya mediasına müsahibəsində bildirib.

Rəfsəncani deyib ki, İran birgə əməkdaşlıq üçün addım ata bilər: “Böyük ölkələrin beynəlxalq məsələlərdə ortaq mənafeyi var. İranla Amerika İraqda bir sıra oxşar problemlə üz-üzə qalıblar və mən İran-ABŞ əməkdaşlığının başlanması üçün hər hansı maneə görmürəm. Əgər iki ölkə birgə iş aparmağı zəruri saysa, oturub bu haqda proqram hazırlaya bilərlər.

Hazırda Amerika İraq üçün nəsə etmək istəyir. Biz də müəyyən addımlar atmaq, bir iş görmək istəyirik. Əgər İraqda terrorizmə qarşı görüləcək bu işlərin birgə əməkdaşlıq çərçivəsində həyata keçirilməsinə zərurət ortaya çıxsa, İranla ABŞ belə bir əməkdaşlığı qurmaq üçün müzakirə keçirə bilər.

İranın hazırda İraqda hərbi qüvvəsi yoxdur. Bizim yalnız hərbi müşavirlərimiz orada fəaliyyət göstərir. Terrorçuluğa qarşı mübarizədə bəzən elə məqamlar olur ki, hamı bir-birinə məşvərət verməlidir. Biz əvvəllər də bir sıra təhlükəsizlik məsələləri ilə bağlı İraq rəsmilərinə məsləhətlər vermişik”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm iyulun 9-da jurnalistlərə İraqın Kürdüstan muxtariyyətinin müstəqilliyi məsələsindən danışıb.

Kürdüstan muxtariyyətinin rəhbəri Məsud Bərzani iyulun 1-də jurnalistlərə açıqlama verərək Kürdüstanın müstəqilliyi üçün yaxın aylarda referendum keçirmək niyyətində olduqlarını bildirib. İsrailin baş naziri Benyamin Netanyahu isə Kürdüstanın müstəqillik ideyasına dəstək verdiyini bəyan edib.

Mərziyə Əfxəm “İraqın Kürdüstan rəhbərliyinin müstəqilliklə bağlı son bəyanatını necə qiymətləndirirsiniz” sualını cavablandırıb: “Biz əvvəllər də bildirmişik ki, İraqın ərazi bütövlüyünün qorunub saxlanmasının tərəfdarıyıq. Bu bizim rəsmi siyasətimizdir. İraqın parçalanması bu ölkənin xeyrinə deyil. Əminik ki, heç bir iraqlı ölkəsinin parçalanması və zəifləməsi ilə razılaşmayacaq”.
Xatırladım ki,İran rejimi bir tərəfdən İraqın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar versədə başaq tərəfdən iraqda Barzani kürdlərin lideri hesab olunan Məsud barzanilə sıx işbirliyində olduğu heç kimə sir deyil İran İraqda sabitiyin pozulmasında ən aparıcı rola malikdir bir tərəfdən kürdlər və başaq bir tərəfdən də İraq Şiəələrini silah,ərzaq və Qüds ordusilə himayə etməklə bölgədə ilderliyi əlində saxlamğa çalışır yerli mənbələrimizin verdiyi məlumatlara əsasən İran bölgədə sabitliyi pozmaq üçün iraq və Suriyaya minlərə döyüşçü göndərib və hər gün İraqdan və Suriyadan İran hərbiçilərin saysız hesabsız ölüləri gəlir və təntənəli formada dəfin edilir.Bəzi mənbələrimiz bildirilər ki,iranın terrorçu İŞİD-lədə gizli əlaqələri var və onların bölgədə sabitliyi pzmasında marağlıdır.İran rejimi hesab edir ki,əgər İraqda və Suriyyada sabitlik yaransa gərin vəziyyət İrana keçəcək.İran öz hakimiyyətini qorumaq üçün bütün cinayətlərə əl atır.

MDHP Güney Azərbaycan Departamentinin rəhbəri
Əlirza Amanbəyli
Bu xəbər oxucular tərəfindən 1206 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed