Şrift:
Prezident İlham Əliyev Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib
14.07.2014 [09:49] - Xəbərlər, Mədəniyyət
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Romadakı məşhur "Villa Borghese" parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət etmiş, önünə gül dəstəsi qoymuşdur.
Bu abidə "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli Sərəncamına əsasən ucaldılmışdır. Həmin Sərəncama əsasən Nizami Gəncəvinin yubileyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ilin aprelində abidənin açılışı olmuşdur.
Bu xəbər oxucular tərəfindən 947 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed