14.07.2014 [12:01] - Gündəm, Türk dünyası-Turan
Türkmənistan Rusiyanı strateji tərəfdaş hesab etsə də, Avrasiya İttifaqına üzv olmayacaq.
“RİA Novosti”in verdiyi məlumata görə, bunu Türkmənistanın Rusiyadakı səfiri Berdımurat Rəcəbov bəyan edib.
Diplomatın sözlərinə görə, səfirlərlə görüşü zamanı Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Aşqabad-Moskva tərəfdaşlığının strateji əhəmiyyətini önə çəkib.
“Siyasi nöqteyi-nəzərdən Türkmənistanla Rusiya bir-birinə BMT, ATƏT, MDB və digər beynəlxalq təşkilatlarda dəstək verir. Bizim həmçinin Xəzər məsələsi ilə bağlı baxışlarımız eynidir”, - deyə o vurğulayıb.
Avrasiya İttifaqına gəldikdə isə B.Rəcəbov qeyd edib ki, Aşqabad xarici siyasətdə əvvəlki kimi ikitərəfli münasibətlərin inkişafına üstünlük verir.

Bu xəbər oxucular tərəfindən 799 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |