Şrift:
Qarabağ sabah Çempionlar Liqasında debüt matçına çıxacaq
14.07.2014 [12:26] - İdman
Sabah Çempionlar Liqasında II təsnifat mərhələsinə start veriləcək.İki gün ərzində keçiriləcək ilk oyunlar çərçivəsində 17 qarşılaşma - bunlardan biri isə Azərbaycan çempionu “Qarabağ”ın iştirakı ilə baş tutacaq.

Tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirinə qatılan Ağdam təmsilçisi debütünü Maltada gerçəkləşdirəcək. Qurban Qurbanovun yetirmələri yerli “Valletta” ilə ilk sınağına çıxacaqlar.

Ada təmsilçisi dəfələrlə ölkəsinin çempionu olsa da, avrokuboklarda yetərincə təcrübə toplasa da, qitə miqyasında zəiflərdən sayılır. “Qarabağ” belə rəqiblə dueldə nəinki mərhələ adlamalı, hər iki oyunda qalib gəlməlidi.

Qurbanovun baş məşqçiliyi dövründə qatıldığı hər avrokubok mövsümündə 2 və daha çox mərhələ adlayan ağdamlıların Çempionlar Liqasında da eyni uğuru təkrarlayacağı gözlənilir. Avropa Liqasının son 5 yarışından 4-də azarkeşlərini yaxşı nəticələrlə sevindirən “Qarabağ” iyulun 22-dəki cavab oyunu ərəfəsində də cütün taleyini həll edə bilər.

Topaz Premyer Liqasındakı çempionluğu parlaq çıxışı ilə qazanan Ağdam təmsilçisi “qızıl heyət”i böyük ölçüdə qoruyub saxlaya bilib. Bu isə Maltadakı oyundan uğurlu nəticə gözləməyə əsas verir. Mövsümlərarası fasilədə baş məşqçi və iki aparıcı oyunçusunun “Valletta”nı tərk etməsi də Malta təmsilçisini xeyli zəiflədib.

Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
15 iyul

21:30. “Valletta” (Malta) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Adrien Jakkottet (İsbeçrə)
Ta-Qali stadionu
Bu xəbər oxucular tərəfindən 889 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed