Şrift:
Kerri: İranla 5+1 qrupu arasında ixtilaflar qalır
14.07.2014 [15:39] - Güney Azərbaycan xəbərləri, Siyasət
ABŞ-ın dövlət katibi Con Kerri iyulun 13-də jurnalistlərə İranla 5+1 qrupu arasında Avstriya paytaxtı Vyanada aparılan yekun nüvə müzakirələrindən danışıb.

Con Kerri deyib ki, İran Qərbi apardığı nüvə proqramının dinc xarakter daşıdığına əmin etməyə çalışmalıdır: “İranla 5+1 qrupu arasında ixtilaflar əvvəldə olduğu kimi qalır. Aydın məsələdir ki, biz müzakirə tərəfləri arasında məsələyə yanaşma baxımından dərin fərq və uçurum olduğunun şahidiyik.

Biz İranın nüvə proqramının dinc xarakter daşıması və bu ölkənin atom silahı istehsal etmək niyyətində olmadığına əmin olmalıyıq. Bu bizim üçün həyati məsələdir. Biz hələ də danışıqların nəticə verəcəyinə ümid edir, məsələyə nikbin yanaşırıq”.

İranın 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) ilə apardığı nüvə danışıqlarının 6-cı, sonuncu mərhələsi iyulun 1-də başlayıb. Danışıqların ən çətin və həlledici dövrü sayılan bu mərhələ 20 gün davam edəcək.
Bu xəbər oxucular tərəfindən 842 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed