Şrift:
Azərbaycan 2014-cü ildə beynəlxalq hərbi sərgi keçirməyi planlaşdırır
17.12.2011 [12:12] - Hərb
Nazir: “Beynəlxalq səviyyədə sərgilər təşkil edən şirkətlərlə danışıqlar aparılır”

2014-cü ildə Azərbaycanda beynəlxalq hərbi sərginin keçirilməsi nəzərdə tutulur.

Bu barədə müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Nazirin sözlərinə görə, artıq bununla bağlı beynəlxalq səviyyədə sərgilər təşkil edən şirkətlərlə danışıqlar aparılır. Y. Camalov qeyd edib ki, müdafiə sənayesi istiqamətli sərgilərin keçirilməsi çətin prosesdir: “Bu tip sərgilərə hazırlıq işlərinə ən azı 2 il vaxt lazımdır”.
Bu xəbər oxucular tərəfindən 1176 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed