Şrift:
Türkiyədə suriyalı qaçqınlara hücum törədilib
15.07.2014 [10:58] - Gündəm, Hadisə
Naməlum şəxslər suriyalıq açqınların Türkiyənin cənubundakı Adana vilayətində yerləşən düşərgəsinə hücum ediblər. Bu barədə çərşənbə axşamı Türkiyənin "Milliyyət" qəzeti xəbər yayıb.

Bu, artıq həmin vilayətdə Suriyadan olan qaçqınlara edilən ikinci hücumdur. Bu vilayətdə onlarla yerli sakinlər arasında gərginlik getdikcə artır.

Dünən Türkiyənin cənub-şərqində yerləşən Kahramanmaraş vilayətində ölkədə olan suriyalı qaçqınlara qarşı etiraz aksiyası keçirilib. Aksiya "Türkiyədə suriyalı qaçqınlara yox!" şüarı altında keçirilib. Aksiyada 100-dən artıq adam iştirak edib. Polis etirazçıların vilayətin ərazisində yerləşən suriyalı qaçqınların düşərgəsinə yaxınlaşmasına mane olub. Nümayişçilərin dağıdılması üçün polis su şırnaqlarından istifadə edib, iki aksiya iştirakçısı saxlanılıb.
Bu xəbər oxucular tərəfindən 745 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed