Şrift:
Mehmet Görməz: İstanbuldakı Ayasofiya muzeyinə məscid statusu verilməsi xristian-müsəlman qarşıdurmasına gətirib çıxarmayacaq
15.07.2014 [11:00] - Gündəm, Siyasət
İstanbuldakı Ayasofiya muzeyinə məscid statusunun verilməsi xristian-müsəlman qarşıdurmasına gətirib çıxarmayacaq. Bunu Türkiyənin dini məsələlər üzrə naziri Mehmet Görməz bəyan edib. Bu barədə çərşənbə axşamı Türkiyənin "Anadolu" agentliyi xəbər yayıb.

Onun sözlərinə görə, Ayasofiya muzeyinin məscid kimi fəaliyyət göstərməsi məsələsinə istisnasız olaraq islami nöqteyi-nəzərdən baxılmalıdır.

O qeyd edib ki, bu gün bir sıra Balkan ölkələrindəki yüzlərlə islam ziyarətgahından təyinatı üzrə istifadə edilmir.

Ötən ilin noyabrında Türkiyənin müxalif Milliyyətçi Hərəkat Partiyasının sədr müavini, ölkə parlamentinin deputatı Yusif Halaçoğlu bildirmişdi ki, İstanbuldakı Ayasofya muzeyi məscid kimi fəaliyyət göstərməlidir.

Onun sözlərinə görə, Türkiyədə elə qüvvələr var ki, onlar Ayasofya muzeyinin məscid kimi fəaliyyət göstərməsini istəmirlər.

Bir müddət əvvəl Yusif Halaçoğlu Ayasofya muzeyinə məscid statusunun qaytarılması təklifi ilə çıxış etmişdi.
Bu xəbər oxucular tərəfindən 771 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed