Şrift:
Azərbaycan Ordusunun əsgəri öz silahından açılan atəş nəticəsində həlak olub
15.07.2014 [11:01] - Gündəm, Hərb
Azərbaycan Ordusunun əsgəri həlak olub.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Müdafiə Nazirliyinin Ermənistanla cəbhə xəttində yerləşən "N" saylı hərbi hissəsində hərbi hissənin əsgəri, 1996-cı ildə Bakı şəhəri Xəzər rayonunda anadan olmuş Xəlilov Orxan Lazım oğlu tabeliyindəki xidməti silahdan açdığı atəş nəticəsində həlak olub.

Faktı Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər.

Faktla bağlı cinayət işi açılıb, baş vermiş hadisənin intihar olması və ya ehtiyatsızlıqdan baş verməsi ilə bağlı hərbi prokurorluq tərəfindən araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 673 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed