15.07.2014 [11:26] - Güney Azərbaycan xəbərləri, Siyasət
İranın Xarici İşlər nazirinin müavini Abbas Araqçı Vyanada İranla 5+1 (Amerika Birləşmiş Ştatları, Fransa, Böyük Britaniya, Rusiya, Çin və Almaniya) ölkələri arasında gedən nüvə danışıqlarından danışıb. İranın ərəb dilində proqramlar yayımlayan Əl-Ələm televiziyasına müsahibə verən Araqçı bütün əsas və mühüm məsələlərlə bağlı mübahisələrin qaldığını deyib. “Mühüm məsələlərdə bu fikir ayrılıqlarını azalda bilmirik və bunun edə bilib-bilməyəcəyimiz aydın deyil”-deyə o bildirib. İran və dünya qüdrətləri ilə yeni razılaşma nüvə proqramına nəzarətə dair iyulun 20-i müddəti bitən əvvəlki razılığı əvəz etməlidir.
Qeyd edək ki, bu barədə ABŞ (Amerika Birləşmiş Ştatları) Dövlət katibi Con Kerri İranın nüvə proqramının məhdudlaşdırlıması ilə bağlı razılığın əldə edilməsi qarşısında ciddi fikir ayrılıqlarının hələ də qaldığını deyib.

Bu xəbər oxucular tərəfindən 834 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |