Şrift:
Böyük Britaniyanın yeni xarici işlər naziri bəlli olub
15.07.2014 [12:04] - Gündəm, Siyasət
Uilyam Heyqin istefasından sonra Böyük Britaniyanın xarici işlər idarəsinə hazırkı müdafiə naziri Filip Hammond başçılıq edəcək.

RİA Novosti-in verdiyi xəbərə görə, bu barədə Sky News telekanalına hökumətdəki mənbələr bildirib.

“Britaniyanın yeni xarici işlər naziri Filip Hammond olacaq”, - Sky News vurğulayıb.

Məlum olduğu kimi, iyulun 15-nə keçən gecə Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq özünün Twitter-dəki səhifəsində istefaya getdiyini bəyan edib.
Bu xəbər oxucular tərəfindən 583 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed