Şrift:
Ermənistan Ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini Ağdam və Füzuli istiqamətində atəşə tutub
17.12.2011 [12:38] - Gündəm
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 16-da saat 10.45-dən 10.50-dək və 11.05-dən 11.10-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən, dekabrın 17-də saat 00.10-dan 00.30-dək və 01.40-dan 01.50-dək Füzuli rayonunun Qorqan və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
Bu xəbər oxucular tərəfindən 927 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed