Şrift:
Səfirlik: Moskva metrosunda baş vermiş qəzada yaralanan və ölən arasında Azərbaycan vətəndaşı yoxdur
16.07.2014 [10:01] - Xəbərlər, Hadisə
Moskva metrosunda baş vermiş qəzada yaralanan və ölən arasında Azərbaycan vətəndaşı yoxdur.

Bu barədə Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyinin mətbuat xidməti bildirir.

Moskva metrosunda baş vermiş faciə ilə əlaqədar Moskva şəhər Səhiyyə idarəsi (idarə) tərəfindən mətbuat konfransı keçirilib.

Səfirliyin nümayəndəsinin iştirak etdiyi mətbuat konfransı idarənin rəhbəri Qeorqiy Qoluxov tərəfindən aparılırdı.

Qeorqiy Qoluxov bildirmişdir ki, faciə nəticəsində 136 nəfər yaralanmış və 20 nəfər həyatını itirmişdir. Onların məlumatına görə yaralanan və həyatını itirənlər arasında Azərbaycan vətəndaşı yoxdur.

Qeorqiy Qoluxov onu da vurğulamışdır ki, qeyd olunan rəqəmlər dəyişə bilər.
Bu xəbər oxucular tərəfindən 768 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed