Şrift:
Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Silahlı Qüvvələri üçün 60 ədəd pilotsuz uçuş aparatının istehsalını davam etdirir
17.12.2011 [12:42] - Hərb
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) Silahlı Qüvvələrin sifarişi üzrə 2012-ci ilin sonuna qədər 60 ədəd “Aerostar” və “Orbiter-2M” tipli pilotsuz uçuş aparatları təhvil verəcək.

Bu barədə müdafiə sənayesi naziri Yavər Camalov deyib. Nazir hazırda bu istiqamətdə işlər aparıldığını bildirib.

Qeyd edək ki, “Aerostar” və “Orbiter-2M” tipli pilotsuz uçuş aparatları Azərbaycan MSN-in “Şərq” İstehsalat Birliyi və İsrailin İAİ şirkəti ilə birgə yaradılmış “Azad SYSTEMS” şirkətində istehsal edilir.
Bu xəbər oxucular tərəfindən 3488 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed