Şrift:
Geosiyasi islam - ikinci cəbhə
17.07.2014 [12:31] - Gündəm, DAVAMın yazıları
İdeoloji cografiya üzərində siyasi modellərin təşkili prosesi
Yaxın Şərqdə nə baş verir? Suala obyektiv cavab vermək olduqca çətindir. Çünki həm regionun siyasi mənzərəsində tarixi prosesin qanuna uygunlugu faktı, həm də yeni dövrün strateji şərtləri ciddi şəkildə anliz edilməlidir. Ümumi planda Yaxın Şərq dileması İngilis siyasətinin strateji məhsuludur. Fikirimizcə Tunisdə başlayan Liviyada alovlanan daha sonra Misirdə, Suriyada və ən nəhayət İraqda davam edən “Ərəb baharı “ sosial strukturuna və inqilabi texnologiyasına görə mono- mental xüsusiyyətləri bölüşür. Kütlələrin son məqsədi məlum deyil. İnqilabın ideya xətti diktator rejimlərə qarşı mübrizə olsada, strateji istiqamət məhzəblər arası hakimiyyət savaşıdır. Prosesin ideoloji aspekti , cografi siyasi modeli və s, amilllər kateqoriyası etnosun geosiyasi aglının konsolidasiyası fonunda ortaya çıxır. Geniş bir ərazidə müxtəlif məhzəb anlayışlarına və siyasi sistemlərə malik olan dövlətlərin ideoloji natamamlıgı həqiqətən tarixi prosesin xarakteri ilə izah oluna bilər.
Digər tərəfdən ərəb baharı cografi ölçüsünə görə - geosiyasi inqilabdır. Belə bir şəraitdə Avropa Birliyi, Rusiya, İran, Türkiyə, Çin və ABŞ kimi strateji güc mərkəzləri proseslərə pərdə arxsında müdaxilə edərkən həm də milli mövqelərinin interpertasiyası ilə məşgul olur. Bu dövlətlərin hər biri Aİ- ı da daxil olmaqla xarici siyasətlərində Yaxın Şərq fenomenini nəzərə almaq məcburiyyətindədir. Çünki Yaxın Şərq cografi məkan olaraq qeyd olunan güc mərkəzləri arasında katalizator rolunu oynuyur. Xüsusilə siyasi islam təmyüllü mərkəzlərin ideoloji, siyasi bütövlüyü qlobal sistemdə müsbət və mənfi proseslərin əsasını qoya bilər. Bütün hallarda regional inqilabın, “Ərəb Baharının” xarakteri onun mahiyyətindən daha mürəkkəbdir.
Siyasi islam üstə gəl primitiv ərəb psxologiyası: bu kateqoriya dövlət həyatında, içtimai münasibətlərdə və s, məsələlərdə sosial strukturu parçalamaqla qalmamış, toplumlarda uzun müddətli ideoloji qarşı durmaların, paradiqmaların, siyasi qarşıdurma modelini yaratmışdır. Bununlada ərəb içtimai ierrxiyasında ideoloji birlik dagılmış, məhzəb və təriqətlər fonunda təşkilatlanmalar çoxalmış, vətəndaş cəmiyyəti institutu inistisional olaraq prinsipal formada reinteqrasiya proseslərinə məruz qalmışdır. Bu tip primitiv kombinasiyanın unikal formulu həm də ərəb millətçiliyinin ən pis təzahürlərini siyasiləşdirmişdir. Bütün bunların nəticəsinə uygun olaraq regionda maraqları olan kənar qüvvələr daxili inqilaba, onun model və xüsusiyyətinə ideoloji fon verib proseslərə rahatlıqla təsir edə bilməkdədir.
Ümumiyyətlə ərəb cografiyasında yaşananlar geosiyasi proseslərə hesablanmış “ indivudal inqilab” formulu kimi nəzərdən keçirilməlidir. Başqa tərəfdən Yaxın Şərqdə baş verən proseslərin digər müsəlman regionalrına da təsiri təhlükəsi aktuallıq kəsb edir. Məsələ burasındadır ki, hazırkı şəraitdə ekstremist cəryanlar müxtəlif regionlarda ərəb sosial psixologiyasının xüsusiyyətlərini bölüşür və ya bu tip xüsusiyyətlərin daxili siyasi modelini təşkil etməyə can atır. Nəhayət ərəb-islam pasionarlıgının primitiv modeli içtimailəşdirilir. Siyasi İslam formulu, ekstremist cəryanların hədəfindədir. Bu cəryanların digər müsəlman regionlarında da sosial baza yaratmaq həvəsi, tendensiyaları, müşahidə olunur. Biz bu tip təhlükəli təşkilatlanmaları xüsusilə SSRİ-nin süqutundan sonra Orta Asiya və Qafqaz regionunda da müşhidə edirik. Nəhayət demək lazımdır ki,” Ərəb Baharı” kimi xarakterizə olunan bu günkü hadisələrin məhz tarixi, ideoloji, siyasi səbəbləri var. Proseslərin zaman içində digər müsəlman regionlarına yayılma tendensiyası isə faktiki olaraq mümkündür.
Qafqaz regionu: məhzəb konteksində təşkilatlnma, səsiz transformasiya
Hazırkı mərhələdə siyasi islam və onun müxtəlif cəryanlarının Qafqaz regionunda yayılması məsələsi müxtəlif səviyyələrdə müzakirə olunur. Ekstremist qrupların, ayrı-ayrı dini cəryanların, sektaların, kütlələrə təsiri, ideoloji ierarxiyada proses yaratmaq xüsusiyyəti rahatsızlıq mənbəyidir. Özüdə bu cəryanlar olduqca mürəkkəb mexanizimlərlə təşkilatlanırlar. Belə bir məqamda narahatçılıq üçün kifayyət qədər əsaslar yaranır. Milli hökümətlər bir çox hallarda bu tip cəryanlar qarşısında acizlik çəkir. Məsələn Cənubi Qafqaz regionu üçün təhlükəli məqamlardan biri məhz İrandan ixrac olunan şiə modelli, Tehran mərkəzli siyasi islam ideologiyasıdır. Əgər biz sırf siyasi məqsədlər üçün formalaşdırılan bu tip ideoloji təşkilatlanmlara qarşı daxildə kompleks şəkildə tədbirlər görməsək o zaman bu tip tendensiyalar irəlidə ciddi fəsadlara yol açacaq.
Məsələn: İranın təsirləri fonunda Cənubi Qafqazda regionunda xüsusilə Azərbaycanda fundamental şiə ideologiyasının fars mərkəzli doktirinası təşkil olunur. Proses uzun müddətdir ki, davam edir. Çünki İran özünün gələcək siyasi taleyini Cənubi Azərbaycan fenomeni müstəvisində dəyərləndirir. Tehran, nəzarətində olan beşinci kalon vasitəsilə regional proseslərə təsir edir, kalonun iqtisadi və siyasi xarakterini dizayn edir. Molla rejimi nisbi təcrid şəraitində bu marjinal kalona böyük ümidlər bəsləyir. Paralel müstəvidə Qafqaz regionunda digər bir təriqət, sünnü məhzəbinə söykənən Vəhabi təriqəti aktivlik nümayiş etdirir. Vəhabi təriqəti regionda və ölkədə prinsipal şəkildə fəaliyyət göstərir.
Təriqət sosial bazasını formalaşdırmaq müstəvisində son dərəcə aktivdir. Səudiyə Ərəbistanından ciddi maliyyə dəstəyi alan və mediyada qeyd edilənlər dogrudursa, dövlət burokratiyasında ezoterik dayaqlarıının oldugu iddia edilən və son dərəcə məxfi şəkildə təşkilatlanan vəhabi təriqəti yumşaq güc nəzəriyyəsindən istifadə edərək bütün istiqamətlər üzrə təşkilatlanır. Son bir neçə ildə vəhabi təriqəti öz sosial bazasını kifayyət qədər genişləndirə bilmişdir. Fikirimizcə Azərbaycanda vəhabilərin və paralel olaraq digər cəryanların fəaliyyətinə qarşı nəzarət mexanizmi zəifdir. Birincisi regionun geosiysi mənəzərəsi mürəkkəbdir. İkincisi isə bu kimi cəryanların fəaliyyətinə zəmin yaradan daxili amillər kateqoriyası mövcuddur. Təbii ki, region xarici faktorlarla bərbər sosial problemlərində ciddi təsiri hiss edilir.
Bütün bunlardan sonra təxminən belə bir nəticəyə gəlmək olar ki, yaxın 10- il ərzində də ölkəmizdə məhz bu tip təriqətlərin fəaliyyəti indi oldugu kimi inkişaf etsə o zaman regionda məhzəblər arası toqquşma qaçılmaz olacaq. Hətta yuxarıdakı fikirləri ölkəmiz üçün də ifadə etmək məcburiyyətində qalacagıq.( Prosesin ideoloji aspekti , cografi siyasi modeli məhz siyasi aglının konsolidasiyası fonunda ortaya çıxır). Düşündürücüsü odur ki, bütün bu təşkilatlanmaların son mərhələsində hakimiyyət iddiası dayanır və bunu bizim siyasi elita əla bilir. Əgər prosesin strateji istiqaməti bu faktı inkiar edimirsə onda bu tip təşkilatlanmalara niyə göz yumuruq? Həqiqətən gələcəkdə Yaxın Şərq modelində mövcud olan məhzəb qarşı durmaları Cənubi Qafqaz regionu üçündə xarakterik ola bilər. İkinci cəbhə dedikdə biz indiki təşkilatlanmaların gələcək dövr üçün strateji təhdidlərini nəzərdə tuturuq.
Politoloq Zamin Axundov
Bu xəbər oxucular tərəfindən 1364 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed