17.12.2011 [12:59] - Gündəm
Dekabrın 20-də MDB dövlət başçıları Şurasının Moskvada keçiriləcək qeyri-formal yubiley toplantısının gündəliyinə 5 məsələ daxil edilib.
MDB İcraiyyə Komitəsinin verdiyi məlumata görə, MDB ölkələrinin dövlət başçıları bu formatda əməkdaşlığa, qarşılıqlı əməkdaşlıq və anlaşma istiqamətində Birliyin fəaliyyətinin praktiki effektinin artırılmasına, insanların yaşayış şəraiti və sosial rifahının real yüksəldilməsinə, qarşılıqlı əlaqələrin genişləndirilməsinə sadiqliyini bəyan etməlidirlər.
Sammit çərçivəsində prezidentlər 2012-ci ildə Birlik ölkələri arasında iqtisadi sahədə əsas əməkdaşlıq istiqamətini müəyyənləşdirəcəklər. Bu il analoji əsas hədəf ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı olub. Gələn il isə əsas diqqətin rabitə və məlumatlandırma sahəsinin inkişaf etdirilməsinə yönəldiləcəyi gözlənilir.
Bununla yanaşı, toplantı iştirakçıları prezident və parlament seçkilərində iştirak edən MDB-nin müşahidə missiyalarının rolunun artırılması məsələsini müzakirə edəcəklər və Birliyin 2012-ci il üçün mədəniyyət paytaxtlarını müəyyənləşdirəcəklər.
Qeyd edək ki, Rusiya prezidentinin köməkçisi Sergey Prixodko sammitdə bütün Birlik üzvü olan ölkələrin dövlət başçılarının iştirakının gözlənildiyini bildirib.

Bu xəbər oxucular tərəfindən 941 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |