Şrift:
Rusiya Ukrayna təyyarəsinə səmada raket zərbəsi endirilib
17.07.2014 [16:17] - Gündəm, Hərb
Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Ukraynanın "Su-25" təyyarəsini vurub.Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası açıqlama yayıb. Açıqlamada bildirilir ki, "Su-25" təyyarəsi Ukrayna səmasında vurulub.

“İyulun 16-da saat 19 radələrində Donetsk vilayətinin Snejnoe şəhəri yaxınlığında Ukrayna Hərbi hava Qüvvələrinə məxsus "Su-25" təyyarəsinə Rusiyaya aid hərbi təyyarə raketlə zərbə endirib. Pilot katapult edib və sağ qalıb”, deyə açıqlamada qeyd olunur.

Rusiya təyyarəsinin Rostov vilayətində yerləşən aerodromdan havaya qalxdığı bildirilir.
Bu xəbər oxucular tərəfindən 748 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed