17.07.2014 [16:27] - Gündəm, İdman
Zabit Səmədov K-1 üzrə superdöyüşdə 14 saniyədə rəqibini məğlub edib
Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov iyulun 6-da növbəti döyüşünü keçirib.
Qroznıda baş tutan turnirdə soydaşımız "Mauqli" ləqəbli Zabit Səmədov K-1 üzrə super döyüşdə rinqə çıxıb.
Onun rəqibi Almaniyanı təmsil edən Stefan Leko olub. Görüş cəmi 14 saniyə davam edib. Müvazinətini itirən Leko məğlubiyyətlə barışıb.
Görüşdən sonra Səmədov təəssüratlarını bölüşüb: "Çox yaxşı hazırlaşmışdım. İnanmırdım ki, görüş belə erkən başa çatacaq. İlk zərbəm rəqibi tutdu. İkinci zərbə zamanı müvazinətini itirdi və yerə yıxıldı. Özü də dedi ki, bilmədim necə baş verdi. Zərbədən sonra özünü itirmişdi. Qələbəyə çox sevinirəm. Mənə dəstək olanlara təşəkkür edirəm".
Qeyd edək ki, gecənin fəxri qonaqları arasında məşhur aktyor Mark Dakaskos da olub.

Bu xəbər oxucular tərəfindən 1202 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |