18.07.2014 [14:59] - Gündəm, İqtisadiyyat
Böyük Britaniyanın sabiq baş naziri Toni Bler Azərbaycan qazının Avropaya nəql olunması üzrə konsorsiumun müşaviri təyin edilib. “The Financial Times” in verdiyi məlumata görə, T. Bler Almaniyanın sabiq XİN rəhbəri Qans-Ditrix Qenşer, “Goldman Sachs International” bankının sədri və BP-nin keçmiş icraçı direktoru Piter Sazerlend ilə birgə məsləhətçi qrupda işləməyə dəvət olunub.
Məlumata görə, “Cənub dəhlizi” layihəsi üzrə yeni məsləhətçi qrup “Şahdəniz-2”, TANAP və TAP layihələrinin reallaşması dövründə meydana çıxa biləcək siyasi, iqtisadi, ekoloji və sosial problemlərin həllində məsləhətlərini verəcəklər. B. Britaniyanın sabiq hökumət başçısı bu qrupa siyasi təcrübəsinə görə daxil edilib.
“The Financial Times” qeyd edib ki, “Cənub axını” yeddi ölkənin ərazisini əhatə etdiyi üçün bu, özünəməxsus normativ-ekoloji problemlərə səbəb ola bilər.

Bu xəbər oxucular tərəfindən 985 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |