Şrift:
Zərif: Yaxın günlərdə problemin tam çözümünə nail olmaq mümkün deyil
19.07.2014 [11:26] - Güney Azərbaycan xəbərləri, Siyasət
Qərblə nüvə danışıqları aparmaq üçün Avstriya paytaxtı Vyanada olan İranın xarici işlər naziri Məhəmmədcavad Zərif jurnalistlərə açıqlama verib.

Zərif deyib ki, o, nüvə danışıqlarının iyulun 20-dək tam nəticə verə biləcəyini təsəvvür etmir: “Yaxın bir neçə gündə nüvə probleminin tam çözümünə nail olmaq mümkün deyil. Problemin qısa zamanda həllini tapacağını təsəvvür etmək çətindir. Danışıqlar hələ davam edir və hazırda müzakirələr daha çox İrana qoyulan sanksiyaların və nüvə danışıqlarının vaxtının uzadılması xüsusunda aparılır. Ümid edirəm ki, yaxın bir neçə gündə bu məsələlər haqda qərar qəbul ediləcək”.

İranın 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) ilə apardığı nüvə danışıqlarının 6-cı, sonuncu mərhələsi iyulun 1-də başlayıb. Danışıqların ən çətin və həlledici dövrü sayılan bu mərhələ iyulun 20-ə qədər davam edəcək.
Bu xəbər oxucular tərəfindən 744 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed