19.07.2014 [11:49] - Mədəniyyət
23 iyul - 1 avqust tarixlərində Heydər Əliyev Fondunun beynəlxalq layihəsi olan ənənəvi VI Qəbələ Beynəlxalq Musiqi festivalı keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, festivala Azərbaycandan və xarici ölkələrdən musiqiçilər, bədii kollektivlər, solistlər və dirijorlar qatılacaqlar.
Festivalda Rusiya, Türkiyə, Cənubi Afrika, ABŞ, Kanada, Fransa, Avstriya, İsrail, Ukrayna və Koreyadan dünya şöhrətli dirijorlar, musiqiçilər və kollektivlər iştirak edəcək. Bunlar Oksana Yablonskaya, Dmitri Yablonski, Yulian Raxlin, Gil Şohat, Tatyana Şafran, Çen Zimbalista, Janna Qandelman, Mira Avad, habelə İohannesburq Filarmonik orkestri, İsrail "Brass kvintet", "Kiyev solistləri" milli kamera orkestri, Vyana Akademik Orkestri solistləri və Tel-Əviv baletidir.
Festival konsertlərində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri, xalq artistləri Fərhad Bədəlbəyli, Rauf Abdullayev, Murad Adıgözəlzadə, Yalçın Adıgözəlov, Yeganə Axundova, Əli Əsgərov, əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov, əməkdar artistlər Gülnaz İsmayılova, Fəridə Məmmədova, Səbinə Əsədova, Sahib Paşazadə, beynəlxalq müsabiqələr laureatları Yusif Eyvazov, Azər Rzazadə, Kamran Ömərli, istedadlı gənc solistlər, muğam ifaçıları və başqaları çıxış edəcəklər.
Qeyd edək ki, VI Qəbələ Beynəlxalq Musiqi festivalı Mədəniyyət və Turizm Nazirliyi təşkilati dəstəyi ilə keçirilir.

Bu xəbər oxucular tərəfindən 861 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |