Şrift:
Əməkdar artist bu gecə 62 yaşında yaşadığı mənzildə keçinib
19.07.2014 [12:32] - Gündəm, Hadisə
Azərbaycan mədəniyyətinə daha bir itki üz verib.Bu gecə saat 01:35-də Bakının Nizami rayonunda tanınmış aktyoru, əməkdar artist Azər Mirzəyev dünyasını dəyişib.

Belə ki, Ə.Əliyev, mənzil 907 ünvanında yaşayan tanınmış aktyor Azər Mirzəyevin vəziyyəti qəflətən pisləşib. Dərhal hadisə yerinə təcili tibbi yardım çağırılsa da, aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Azər Mirzəyev 1952-ci il may ayının 12-də Zərdab rayonunda müəllim ailəsində anadan olub. 1968-ci ildə SSRİ xalq artisti Ədil İsgəndərovun rəhbərliyi altında "Azərbaycanfilm"in nəzdində fəaliyyət göstərən kino aktyorluğu studiyasına qəbul olunub.1970-ci ildə buranı bitirəndən sonra sənədlərini İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə verib və qəbul olunub. İncəsənət İnstitutunda respublikanın xalq artisti, professor Rza Təhmasib və Fikrət Sultanov kimi korifey sənətkarlardan akytorluq sənətinin sirlərini öyrənib.

1974-cü ildə bu ali məktəbi bitirəndən sonra təyinatla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilən Azər Mirzəyev o gündən indiyədək bu teatrın səhnəsində neçə-neçə gözəl obrazlar yaradıb.

Aktyor iflic xəstəliyindən əziyyət çəkirdi.
Allah rəhmət eləsin!
Bu xəbər oxucular tərəfindən 779 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed