19.07.2014 [12:44] - Gündəm, Siyasət
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elman Abdullayev Böyük Britaniyanın Avropa işləri üzrə naziri David Lidinqtonun Həsən Hüseynli ilə bağlı bəyanatına cavab verib.
“Qafqazinfo” xəbər verir ki, XİN-in mətbuat xidmətinin məlumataına görə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Böyük Britaniyanın Avropa işləri üzrə naziri David Lidinqtonun açıqlamasını qətiyyətlə rədd edir və cavab olaraq bildirir ki, Azərbaycanda heç kim siyasi baxışlarına və fəaliyyətinə görə təqib və ya mühakimə olunmur:
"Britaniyalı nazirin öz məsuliyyətsiz mülahizələri ilə Azərbaycan məhkəmə instansiyalarına təzyiq etməsi cəhdi onun və təmsil etdiyi Britaniya hökumətinin qanun aliliyinə olan münasibətin göstəricisidir. Qanunun aliliyinin tam təmin olunduğu ölkə kimi Azərbaycanda hər hansı siyasi fəaliyyət heç kimi qanun qarşısında məsuliyyətdən azad etmir.
Avropa məsələləri üzrə nazirin hazırda Avropanın qarşılaşdığı real problemləri kənarda qoyub, cinayət əməli məhkəmə qaydasında sübuta yetirilmiş şəxsdən bəhs etməsi Azərbaycana təzyiq etmək üçün bəhanə kimi qiymətləndirilir və təbii ki, bu cür cəhdlər uğursuzluğa məhkumdur.
Ermənistan təcavüzü nəticəsində Azərbaycanda qaçqın və məcburi köçkünə çevrilmiş 1 milyonadək şəxsin məruz qaldığı kəskin məhrumiyyətlərə göz yumaraq, özünü Avropada insan hüquqlarının carçısı kimi qələmə verməyə çalışan nazirin bu bəyanatı siyasi ikiüzlülükdən başqa bir şey deyildir. Lidinqtonun sonuncu dəfə nə zaman Azərbaycan xalqının bu ağrılı məsələlərinə toxunduğunu xatırlamaq belə mümkün deyil.
Xarici İşlər Nazirliyi Britaniya Hökumətini Azərbaycanın daxili işlərinə yersiz müdaxilələrdən çəkinməyə və öz vaxtını və resurslarını öz ölkəsində insan hüquqlarının ümumi vəziyyətinin yaxşılaşdırılmasına həsr etməyə çağırır. Hesab edirik ki, nazir Lidinqton beynəlxalq təşkilatların Böyük Britaniyada çoxsaylı insan hüquqları pozuntuları ilə bağlı tənqidlərini qəbul edərək, ölkəsinin bu sahədəki problemlərinin həllinə öz töhfəsini versə daha faydalı olardı. Britaniyalı nazirə xatırlatmaq istərdik ki, onun demokratik dəyərlərlə manipulyasiya edən hökuməti dəfələrlə ölkədə azad məhkəmələrin fəaliyyəti üçün şəraitin yaradılmamasına, işgəncələr və alçaldıcı rəftara, qanunverici orqanlarda müstəqilliyin və şəffaflığın təmin olunmamasına, xüsusi xidmət orqanları tərəfindən kütləvi şəkildə vətəndaşların internet fəaliyyətinin izlənməsi və telefon danışıqlarının dinlənməsi, ifadə azadlığının pozulması, şəxsi həyatın toxunulmazlığının pozulması , quldarlıq, irqi ayrıseçkilik, immiqrasiya qanunvericiliyi çərçivəsində insan hüquqlarının pozulması və digər insan hüquqlarını məhdudlaşdıran əməllərə görə dəfələrlə tənqid olunub".

Bu xəbər oxucular tərəfindən 872 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |