Şrift:
Fərəc Quliyev:-Son zamanlar cənab səfir etdiyi bəyanatlarla münasibətlərə kölgə salmağa çalışdı
20.07.2014 [12:27] - Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Hər bir səfir, hər bir diplomat öz ölkəsini təmsil edir. Təbii ki, o da özünəməxsus gedişləri ilə yadda qaldı. Missiyası ölkələr arası münasibətlərə müsbət ştrixlər əlavə etmək idi. Bununla yanaşı səfir fəaliyyəti dövründə bir sıra yalnışlara da yol verdi. Son zamanlar etdiyi bəyanatlarla səfir münasibətlərə kölgə salmağa çalışdı. Ancaq mən hesab etmirəm ki, bu bilərəkdən oldu və ya məqsəd elə kölgə salmaq üçün idi. Hər halda iki ölkə arasındakı münasibətlər strateji müttəfiqlik münasibətləridir.

Fəaliyyəti dövründə bir az ehtiyatsız davranışları, Azərbaycanın daxili işlərinə qarışmaq kimi hərəkətləri də oldu. Bununla yanaşı bir çox məsələlərdə, o cümlədən Qarabağ məsələlərində obyektivliyini itirdi. Bütün bu yanlışları ilə bərabər fəaliyyəti dövründə çalışdı ki, müəyyən müsbət dəyişikliklər etsin. R.Morninqstar mənim yaddaşımda daha çox sonda beynəlxalq konvensiyalara uyğun olmayan çılğın yanaşmaları ilə yadda qaldı".

Xatırladaq ki, ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarın səlahiyyət müddəti avqustun 2-də başa çatacaq.
Bu xəbər oxucular tərəfindən 1171 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed