Şrift:
Müdafiə Sənayesi Nazirliyinin (MSN) əməkdaşı Kür çayında batıb
21.07.2014 [11:37] - Hadisə
Salyan Rayon Polis Şöbəsindən verilən məlumata görə, Nazirliyin Şirvan şəhərində yerləşən “Telemexanika” Zavodunun baş mühəndisi Heydərağa Mirzəyev iyulun 19-da Kür çayında çimərkən boğulub.

Qeyd edək ki, hadisə barədə Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb.

Məlumatda bildirilir ki, Salyan rayonu Parça Xələc kəndi ərazisində 1963-cü il təvəllüdlü H. Mirzəyev Kür çayında batıb.

FHN-in dalğıc-xilasediciləri H. Mirzəyevin cəsədini iyulun 20-də batdığı yerdən 2 km aralıda taparaq çıxarıblar.
Bu xəbər oxucular tərəfindən 842 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed