Şrift:
Beynəlxalq Atom Enerjisi Agentliyi: İran öhdəliklərə sadiq qalıb
21.07.2014 [14:35] - Güney Azərbaycan xəbərləri, Siyasət
Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə proqramı haqda aylıq hesabat yayıb.Hesabatda deyilir ki, İran Cenevrədə əldə edilmiş 6 aylıq müvəqqəti nüvə razılaşması əsasında üzərinə götürdüyü öhdəliklərə uyğun davranıb: “Tehran Cenevrədəki müvəqqəti razılaşmanın icrası istiqamətində üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq 20 faiz dərəcəsində zənginləşdirdiyi uran qazının əsas ehtiyatını məhv edib”.

Hesabatda həmçinin bildirilir ki, Cenevrə razılaşması əldə edilən vaxt İranın 20 faiz dərəcəsində zənginləşdirilmiş 200 kiloqram uranı olub və Tehran razılaşmadan sonra həmin uran qazını durulaşdıraraq oksidə çevirmək fəaliyyətinə başlayıb.

İranla Qərb arasında 6 aylıq nüvə razılaşmasının vaxtı iyulun 20-də başa çatıb. İyulun 1-dən 20-nə qədər davam edən danışıqlarda müəyyən irəliləyiş olsa da, tərəflər tam razılığa gələ bilməyiblər.

İranın xarici işlər naziri Məhəmmədcavad Zərif və Avropa Birliyinin xarici işlər naziri Ketrin Eşton Vyanada birgə mətbuat konfransı keçirərək danışıqların bu il noyabrın 24-dək uzadılması qərarına gəldiklərini bildiriblər. Vyana razılaşmasına görə, İranın 2,8 milyard dollarının üzərindən sanksiyalar götürülür. Əvəzində Tehran 20 faizədək zənginləşdirilmiş uran ehtiyatlarının neytrallaşdırılması ilə barışır.
Bu xəbər oxucular tərəfindən 780 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed