Şrift:
İranda yenə bir nəfər daşqalaq cəzasına məhkum edildi!
22.07.2014 [11:01] - Güney Azərbaycan xəbərləri, Hadisə
İran "İslam" Respublikasında bədəvi məhkəmə sisteminin cəza qanunları hər kəsi təəccübləndirməkdədir.
Məlumata görə, bir müttəhim Qaimşəhr məhkəməsi tərəfindən iplə edam, daşqalaq və 15 il həbs cəzasına məhkum edilib.

Qaimşəhrin prokuroru müttəhimin ittihamlarını zina, zorlama, soyuq və isti silahlar, peyk antenaları və alkollu içkilərin saxlanmasından ibarət olduğunu deyib.

Prokuror qərarın iki dəfə edam (1 dəfə iplə, bir dəfə isə daşqalaqlar) və 15 il həbs cəzasından ibarət olduğunu bildirərək əlavə edib ki, bu 32 yaşlı müttəhimin dosyesinin araşdırılması Qaimşəhr prokurorluğunun əsas fəaliyyətlərindən biri olub və keçən ildən bəri bunun üzərində işlənilib.
Bu xəbər oxucular tərəfindən 906 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed