Şrift:
Qazaxıstanın Janaozen şəhərində fövqəladə vəziyyət elan olunub
17.12.2011 [16:19] - Gündəm
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Janaozen şəhərində fövqəladə vəziyyətin elan olunması ilə bağlı fərman imzalayıb.

Fövqəladə vəziyyət bu gün yerli vaxtla saat 18:00-dan 2012-ci yanvarın 5-i saat 07:00-dək qüvvədə olacaq. Bu müddət ərzində şəhərdə komendant saatı (23:00-dan 07:00-dək) qüvvə olacaq.
Xatırladaq ki, ötən gün burada Müstəqillik Gününə həsr olunmuş bayram tədbirləri zamanı etiraz aksiyası keçirilib. Polis əməkdaşları ilə baş vermiş toqquşma zamanı 10 nəfərin həlak olduğu, 75 mülki vətəndaş və 6 polis əməkdaşı yaralanıb. Aksiya zamanı polis əməkdaşları 70-dək vətəndaşı həbs edib.
Bu xəbər oxucular tərəfindən 987 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed