23.07.2014 [12:34] - Gündəm, Siyasət
“Minsk qrupu öz mahiyyətini itirib"
Bakı. Rəşad Süleymanov - APA. “ATƏT-in Minsk qrupu Azərbaycana deyil, Ermənistana etimadı öyrətməlidir”.
Bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ağdam rayonunun Ermənistanın hərbi təcavüzü nəticəsində işğalının 21-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində deyib.
“Minsk qrupu ölkələri son vaxtlar etimad sözünü ortaya atıblar. Ancaq bilsinlər ki, bizə o etimadı öyrətmək lazım deyil. Azərbaycan xalqı tarixən həmişə qonşularla etimad şəraitində yaşayıb. Qoy, gedib o etimadı ermənilərə öyrətsinlər, o şərti ermənilərin qarşısında qoysunlar”, - deyə Ə. Həsənov vurğulayıb.
ATƏT-in Minsk qrupunun öz mahiyyətini itirdiyini deyən Ə. Həsənov Azərbaycan xalqının bu quruma inanmadığını qeyd edib.

Bu xəbər oxucular tərəfindən 531 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |