17.12.2011 [18:41] - Gündəm
Sığorta haqqı hesablanarkən sürücünün məsuliyyəti də nəzərə alınacaq
Azərbaycan Maliyyə Nazirliyinin təsdiqlədiyi «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası»nda bir sıra mühüm yeniliklər nəzərdə tutulur. Qaydalara əsasən, mülki məsuliyyətin icbari sığortası zamanı sığorta tarifinin məbləği avtomobilin növündən, onun gücündən (mühərrikin həcmindən), avtomobilin fərdi və ya hüquqi şəxsə məxsus olmasından, eləcə də sürücünün sığorta tarixçəsindən asılı olacaq. Sürücünün sığorta tarixçəsinin müəyyənləşdirilməsi üçün yeni qaydalarda onun əvvəllər törətdiyi qəzaların olub-olmadığını nəzərə alan Bonus-Malus sistemi tətbiq ediləcək.
Nəticədə, illik sığorta tarifi hesablananda baza sığorta haqqı (50 manat) və avtomobilin növünə görə əmsalla yanaşı, Bonus-Malus sistemi üzrə əmsallar da nəzərə alınacaq. Bu əmsal artdıqca, həmin sürücü üçün sığorta tarifi də artacaq.
Avtonəqliyyat vasitəsinin növünə görə əmsallar bir neçə kateqoriya üzrə müəyyənləşdirilib. Minik avtomobillərində bu, mühərrikin həcmindən asılıdır. Mühərrikin həcimi 50-1500 kubsantimetr olan avtomobillərdə bu əmsal 1-ə, 1501–2000 kubsantimetr üçün 1,5-ə, 2001–2500 kubsantimetr üçün 2-yə, 2501–3000 kubsantimetr üçün 2,5-ə, 3001–3500 kubsantimetr üçün 3-ə, 3501-4000 kubsantimetr üçün 3,5-ə, 4001–4500 kubsantimetr üçün 4-ə, 4501-5000 kubsantimetr üçün 4,5-ə və mühərrikin həcmi 5000 kubsantimetrdən artıq olan avtomobillərdə 5-ə bərabərdir.
Nəticədə, məsələn, mühərrikin həcmi 1600 kubsantimetr olan «VAZ-2107» və ya 1800 kubsantimetr olan «Azsamand» avtomobilləri üçün illik sığorta tarifi 75 manat, mühərrikinin həcmi 2800 kubsantimetr olan «Mercedes» avtomobillərində sığorta tarifi 125 manat və s. olacaq.
Avtobus və mikroavtobuslar üçün sığorta tarifi hesablananda əmsallar onların sərnişin yerlərinin sayından asılı olacaq. Belə ki, 9-16 sərnişin yerinə görə əmsal 3-ə, 16-dan artıq yerə görə əmsal 4-ə bərabər olacaq. Yük avtomobillərində sığorta əmsalı yükgötürmə qabiliyyətindən asılı olaraq dəyişəcək – 3,5 tona qədər maşınlar üçün əmsal 3-ə, 3,5-7 ton üçün 4-ə, 7 tondan yuxarı 5-ə bərabər olacaq. Motosiklet və motorollerlər üçün əmsal 1-ə, qoşqu və yarımqoşqular üçün 0,5-ə, traktorlar üçün 1-ə, trolleybus və tramvaylar üçün isə 2-ə bərabər olacaq.
Yeni qaydalara görə, avtonəqliyyat vasitəsinin sahibi hüquqi şəxs olduqda, sığorta tarifləri 20% artıq hesablanacaq.
Amma sığorta tariflərinin hesablanması ilə bağlı yeni qaydaların gətirdiyi ən maraqlı və mühüm yenilik avtomobil sahiblərinin intizamına əsaslanan Bonus-Malus sisteminin tətbiqi ilə bağlıdır. Bu göstərici sürücünün əvvəlki dövrlərdə törətdiyi sığorta hadisələri nəzərə alınmaqla hesablanacaq. Sürücülərin təqsiri üzündən əvvəlki illərdə baş verən sığorta hadisələrinə görə, sürücülər risklik dərəcələrinə görə qruplara bölünəcək. Ən yüksək risk dərəcəsində (1-ci pillə) əmsal 3-ə, ən az risklik dərəcəsində (17-ci pillə) isə əmsal 0,45-ə bərabərdir.
Yəni, 17-ci pilləyə uyğun risklik dərəcəsi olan sürücü növbəti dəfə mülki məsuliyyətini sığorta etdirəndə onun üçün sığorta tarifi 0,45-ə, 1-ci pilləyə uyğun sürücülər də isə sığorta tarifi 3-ə vurularaq hesablanacaq. Məsələn, əvvəllər sığorta hadisəsi törətməyən sürücü mühərrikinin həcmi 1600 kubsantimetr olan «VAZ-2107» avtomobili üzrə sığorta polisi alanda onun üçün sığorta tarifi standart 75 manat deyil, 33,75 manat (75 manat * 0,45) hesablanacaq və s. Ən yüksək risklik dərəcəsinə malik sürücü isə bu növ avtomobil üzrə sığortalananda isə sığorta haqqı 225 manat (75 manat * 3) olacaq.
Beləliklə, hər hansı şəxs avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ilk dəfə sığorta olunursa, sığorta tarifi avtomobilin növündən (mühərrikin həcmindən və s.) asılı olaraq hesablanır. Bundan sonrakı illərdə sığorta müqavilələri bağlananda isə avtomobilin gücü ilə yanaşı, onun bundan əvvəlki il qəza törədib-törətmədiyi nəzərə alınacaq. Bundan başqa, sığorta hadisəsi baş verəndən sonra yeni sığorta bağlananda da həmin hadisənin baş verdiyi nəzərə alınacaq və bu, sürücünün ödəyəcəyi tarifə təsir edəcək.
Nazirlikdən bildirilib ki, sistem elə qurulub ki, qəza törətməyən sürücülərin risklik reytinqi hər dəfə bir pillə azalacaq, qəza törədəndə isə risk reytinqi bir pillə deyil, daha sürətlə artacaq. Başqa sözlə, icbari sığortanı daha ucuz qiymətə bağlamaq avtomobilin növü ilə yanaşı, onu səliqə ilə idarə etməkdən də asılı olacaq.

Bu xəbər oxucular tərəfindən 1182 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |