Şrift:
Putinin çıxışı erməniləri təşvişə salıb
25.07.2014 [14:55] - Gündəm, Siyasət
Rusiya prezidenti Vladimir Putinin Milli Təhlükəsizlik Şurasının iclasında son çıxışı İrəvanda böyük narahatlıq yaradıb. Ermənistan mətbuatı Rusiya prezidentinin milli təhlükəsizlik və suverenliklə bağlı çıxışınıdan sonra həyəcan təbili çalıb. Bu barədə AzadXeber.net məlumat yayıb.
Ermənilərin qorxuya düşməsinə səbəb Vladimir Putinin iclas zamanı, "Rusiyanın suverenliyinin səbəbi ondadır ki, ölkə heç bir alyansa daxil olmayıb.",-deyə çıxış etməsidir. Putin ardınca bildirib ki, hər bir ölkə hansısa alyansa (ittifaq) daxil olarkən suverneliyinin bir hissəsini itirir və bu, bir çox hallarda həmin dövlətin milli maraqlarına zidd olur.

Xatırladaq ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmaqla gələcək taleyini təmin etdiyini düşünür. Vladimir Putinin alyans barədə soyuq münasibəti rəsmi İrəvanı qorxuya salıb.
Bu xəbər oxucular tərəfindən 1508 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed