25.07.2014 [16:37] - Gündəm, Özəl xəbər, Fərəc Quliyev
“Əgər Leyla Yunus Azərbaycanda yaşayıb özünü buranın vətəndaşı hesab edirsə, Azərbaycana zərər vermək üçün addımlar atırsa, bu, bütün vətəndaşlar və qurumlar tərəfindən qınanmalıdır”.
Bunu Aktual.az-a Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Leyla Yunusun Bakıda keçiriləcək Avropa Oyunlarını boykot etməsi ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.
Partiya sədri qeyd edib ki, ölkənin imicinə xələl gətirəcək hər bir addım ictimaiyyət tərəfindən qınanmalı və buna qarşı konkret mövqe ortaya qoyulmalıdır:
“Azərbaycan bir gəmidir. Batarsa, hamımız məhv olarıq. Dövlət olmazsa, nə iqtidar, nə müxalifət, nə də QHT-lər olar. 1991-ci ildə müstəqillik qazandıq. 70 il idi ki, boyunduruqda yaşayırdıq. Biz ölkəmizin imicini yüksəltmək üçün müəyyən tədbirlər görməyə, Azərbaycanla bağlı həqiqətləri dünyaya çatdırmağa çalışdığımızda kənardan düşmənlərimizin, bizi sevməyən xarici qüvvələrə bağlı olan təşkilatların buna kölgə salmağı gözləniləndir. Ancaq Azərbaycanın çörəyini yeyib, burada böyüyüb boya-başa çatan bir insanın ölkəmizin imicinə xələl gətirəcək hər hansı bir addımı nəinki qınanmalı, bununla bağlı konkret mövqe ortaya qoyulmalıdır. Ölkənin taleyi orada yaşayan vətəndaşların taleyidir. İnsanlar öz xoşbəxtliyini ölkəsinin xoşbəxtliyi içərisində axtarmalıdır. Hər bir insan, düşünmədən, öz şəxsi maraqlarını ölkə maraqlarına qurban verməyi bacarmalıdır”.
Həsən Babayev/Aktual.az

Bu xəbər oxucular tərəfindən 967 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |