25.07.2014 [17:07] - Gündəm, Hərb
Azərbaycan BRDM-lərdən imtina edir
AA+A-
FOTOSESSIYA
[ 25 İyul 2014 16:51 ]
Sovet istehsalı olan zirehli avtomobillər Türkiyə “Cobra”ları ilə əvəzlənəcək
Azərbaycan Silahlı Qüvvələrinin inventarındakı sovet istehsalı olan BRDM-1 və BRDM-2 zirehli avtomobillərinin yeni nəsil zirehli maşınlarla əvəzlənməsi proqramına başlanacaq.
Bu barədə APA-ya Azərbaycan hökumətindəki mənbələrdən məlumat verilib.
Hazırlanmış proqram çərçivəsində bir neçə ölkənin istehsalı olan zirehli maşınlar nəzərdən keçirilib. Son olaraq Türkiyənin «Otokar» şirkətinin istehsalı olan 4x4 təkər formuluna malik «Cobra» maşınlarının üzərində dayanılıb. Hazırda Azərbaycan Sərhəd Qoşunları və Daxili Qoşunlarının silahlanmasında yer alan «Cobra»lar yerli şəraitə uyğun testlərdən keçib, yüksək manevr qabiliyyəti və qoruma səviyyəsi ilə seçilir. Hazırda «Cobra»lar öz sinfində dünyada ən geniş yayılan zirehli maşınlardan hesab olunur.
Məlumata görə, Azərbaycan hökuməti Müdafiə Sənayesi Nazirliyinə ordunun tələbatının ödənilməsi üçün adıçəkilən maşınların Azərbaycanda istehsalının qurulması barədə tapşırıq verib. Alternativ variant kimi Azərbaycan müdafiə sənayesi mühəndisləri yeni zirehli maşının yaradılması istiqamətində işlər aparırlar.
Tərəflər arasında danışıqlar müsbət yekunlaşarsa, Azərbaycanda «Cobra»ların istehsalına dair müqavilənin sentyabr ayında Bakıda keçiriləcək ADEX-2014 sərgisində imzalanması gözlənilir.
Qeyd edək ki, Azərbaycan MSN ilə Türkiyə Müdafiə Sənayesi Katibliyi arasında 2013-cü ilin may ayında imzalanmış niyyət protokolunda “Cobra” maşınların Azərbaycanda istehsalı ilə bağlı məsələ də yer alıb.

Bu xəbər oxucular tərəfindən 719 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |