Şrift:
Avropa Birliyi Ukrayna məsələsi ilə əlaqədar daha bir neçə şəxsə və şirkətə sanksiya tətbiq edib
26.07.2014 [11:40] - Gündəm, Siyasət
Sanksiya tətbiq olunanlar arasında Ramzan Kadırov da var

Avropa Birliyi (AB) Ukraynadakı vəziyyətlə əlaqədar sanksiya tətbiq etdiyi şəxslərin və şirkətlərin yeni siyahısını açıqlayıb.

Siyahı AB-nin rəsmi jurnalında dərc olunub.

“Qara siyahı”ya Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Mixail Fradkov, Təhlükəsizlik Şurasının üzvləri Nikolay Patruşev, Boris Qrızlov və Rəşid Nurqaliyev, Çeçenistan rəhbəri Ramzan Kadırov, FTX generalı Sergey Besed, Dövlət Dumasının deputatı Mixail Deqtyarev, Krasnodar dairəsinin qubernatoru Aleksandr Tkaçov da daxil edilib.

Bundan başqa, sanksiyalar özünü Donetsk və Luqansk Xalq respublikaları elan etmiş uydurma qurumların rəhbər şəxslərinə - Donetskin “xalq qubernatoru” Pavel Qubaryov, onu həyan yoldaşı Yekaterina, “DXR”-in “müdafiə nazirinin müavini” Fyodor Berezin və digər şəxslərə da şamil edilib.

Sanksiya siyahısında “Böyük Don Qoşunu”, “Cənub-Şərq Orsusu”, “Donbas Xalq Qouşunu” və “Şərq” taboru da var.

Hüquqi şəxslərdən siyahıya “Kerç Bərə Keçidi”, Sevastopol və Kerç Ticarət limanları, “Krımın “Massandra” və digər şirkətləri daxil edilib.

Beləliklə, “qara siyahı”dakı şəxslərin sayı 15 nəfər artaraq 87-yə, şirkət və təşkilatların sayı isə 18 ədəd artaraq 20-yə çatıb.

Onların hamısına 2014-cü ilin noyabrına qədər Avropa Birliyi ölkələrinə səfər etmək qadağan edilib, göstəriş olacağı təqdirdə isə Avropa banklarındakı hesabları dondurulacaq.
Bu xəbər oxucular tərəfindən 852 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed