Şrift:
İsrailə ağır zərbə: 80 ölü
26.07.2014 [12:09] - Gündəm, Hərb
"Həmas" bir neçə hərbi bazaya hücum etdiyini açıqlayıb
“Həmas” hərəkatı İsrail ordusuna ağır zərbə vurduğunu bəyan edib.
“Həmas”ın silahlı qolu İzzəddin əl-Qassam Tuqayları Qəzza sektorunda bir neçə hərbi bazaya hücum etdiklərini açıqlayıb.

“Əl-Aksa” telekanalının xəbərinə görə, İzzəddin əl-Qassam Tuqayları “Qurbağa adam” adı altında əməliyyat həyata keçirib. Onlar “Zekim” və “Kerm Ebu Salim” hərbi bazalarına hücum edib. Bundan başqa, İsrail Hərbi-Dəniz Qüvvələri geriyə addım atmağa məcbur olub.

“Həmas”ın bəyanatında bildirilir ki, Qəzza sektorunda bu günə qədər keçirilən hərbi əməliyyatlarda 80-dən çox İsrail əsgəri öldürülüb, 300-dən çox əsgər isə yaralanıb.

Qeyd edək ki, İsrail ordusu əvvəlki illərdə də dəfələrlə Qəzza sektoruna hücum edib. Lakin ordu bu qədər itki ilə verməmişdi.
Bu xəbər oxucular tərəfindən 801 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed