26.07.2014 [12:16] - İdman
Paytaxt Bakı 2016-cı ildə “Formula 1” yarışına ev sahibliyi edəcək
Pasport Azərbaycanın 2016-cı ildə “Formula 1 Avropa Qrand pri” yarışına ev sahibliyi etməsi haqqında müqavilə imzalanıb.
“Bakı-2015”dən ANS PRESS-ə bildiriblər ki, bu müqavilənin imzalanması ilə Azərbaycan özünü dünyanın idman ictimaiyyətinə bir daha tanıtmağa müvəffəq olub.
2016-ci ildə “Formula 1” yarışının Bakıda keçirilməsi ilə bağlı müqavilənin imzalanmasını məmnunluqla qeyd edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib ki, ölkəmiz Avropa ilə Asiyanın qovşağında yerləşir. Bu da “Formula 1” yarışları üçün yeni sərhəd deməkdir. Azərbaycan idman diyarı kimi şöhrət qazanmış müasir ölkədir. “Formula 1” yarışının Bakıda keçirilməsi üçün əldə olunan razılıq Azərbaycanın daha bir uğurlu addımıdır.
Nazir A.Rəhimov start meydançası, əsas tribuna və pit-stop nöqtəsi olaraq Bakının Azadlıq meydanının seçiləcəyini, yarışların isə Neftçilər prospekti, Hökumət evi və Qız qalası kimi şəhərimizin əsas mərkəzi hissələrindən keçəcəyini bildirib.
Bu yarışın Bakıda keçirilməsi “Formula 1” təqviminə möhtəşəm əlavə olacaq. Azərbaycanın bu yarış üçün ən möhtəşəm sxem yaratmaq istəyi “Formula 1” şirkətlər qrupunun baş icraçı direktoru Berni Eklstoun tərəfindən də müsbət qarşılanıb: “Biz Bakının “Formula 1” ailəsinə qoşulmasından məmnunuq. Yarış Bakının maraqlı və mənzərəli hissələrindən keçəcək. “Bu tədbir “Formula 1” yarışının mövcud meyarlarına uyğun olacaq”.

Bu xəbər oxucular tərəfindən 890 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |