Şrift:
Baş nazir Gürcüstanda yaşayan müsəlmanları təbrik edib
28.07.2014 [15:29] - Gündəm, Türk dünyası-Turan, Borçalı
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkədə yaşayan müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib. Bu barədə Baş nazirin mətbuat xidməti məlumat verir.
Təbrikdə deyilir: "Ramazan ayı başa çatdı. Bu müqəddəs ayın hər bir müsəlman üçün nə qədər vacib olduğunu bilirəm. Bilirəm ki, siz bu müddət ərzində xüsusi şövqlə ayinləri yerinə yetirir, ehtiyacı olanlara, xəstələrə, kimsəsiz uşaqlara kömək edirsiniz və bu, böyük mərhəmətdir".
Baş nazirin sözlərinə görə, Gürcüstanda yaşayan müsəlmanlar təkcə dövlətin ayrılmaz hissəsi deyil, eyni zamanda, İslam dünyası ilə körpü rolunu oynayır ki, bu da qloballaşma şəraitində xüsusi əhəmiyyət kəsb edir.
İ.Qaribaşvili təbrikdə qeyd edib: "Bizim hökumətimiz üçün dini dözümlülük, tolerantlıq çox vacibdur. Dini məsələlərlə bağlı dövlət siyasətimiz fundamental dəyərlər kimi dini azadlığın və dözümlülüyün tanınmasına xidmət edir".
Bu xəbər oxucular tərəfindən 1014 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed