28.07.2014 [15:39] - Gündəm, Hərb
"Malayziya Hava Yolları"na məxsus sərnişin təyyarəsi hazırda hökumət qüvvələri və separatçılar arasında döyüşlərin getdiyi Şərqi Ukrayna səmasında vurulub ki, bu da hərbi cinayət kimi qiymətləndirilə bilər. İTAR-TASS-ın verdiyi məlumata görə, bunu BMT-nin insan hüquqları üzrə ali komissarı Navanethem Pilley deyib.
Onun sözlərinə görə, hazırkı vəziyyəti nəzərə alsaq, beynəlxalq hüququn bu cür pozulması hərbi cinayət kimi qiymətləndirilə bilər: "Dəqiq və müstəqil araşdırma aparmağa çağırıram".
Qeyd edək ki, Amsterdamdan Kuala-Lumpura reys həyata keçirən "Boeing 777" təyyarəsinin vurulması nəticəsində 298 sərnişin həlak olub. Sərnişinlərdən 194-ü Niderland vətəndaşı olub. Təyyarə Donetsk vilayətində yerə düşüb.

Bu xəbər oxucular tərəfindən 851 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |