Şrift:
"Təqlid etməyin, elmin dalınca gedin" - Fazil Mustafadan Ramazan açıqlaması
28.07.2014 [17:26] - Gündəm, İslam dini
Ramazan bayramının İslam dünyasında ayın çıxması ilə iyulun 28-də deyil, İranda olduğu kimi iyulun 29-da keçirilməsi ilə bağlı QMİ-nin fətvasına etiraz edən deputat Fazil Mustafa , müsəlmanları təqlidçiliyə deyil, elmin arxasıyla getməyə çağırıb.

Avropa.info xəbər verir ki, Fazil Mustafa öz facebook statusunda bunları yazıb:

"Bu gün gecədən bəri telefonuma dostların, tanışların yağdırdığı sual demək olar ki, eynidir: Nə deyirsiniz, 28-i Oruc tutaq, yoxsa tutmayaq. Deyirəm ki, mən də daxil hər insan səhv edə bilər, elm nəyi deyirsə, onu da əsas götürməyiniz yaxşı olar. Bizdə bu sahədə ən nüfuzlu və funksional fəaliyyəti olan müəssisə yalnız Şamaxı Rəsədxanasıdır. Onlar da vicdanla öz peşəkar sözlərini açıqladılar. Kim ki, ağlını elmə deyil, ayrı-ayrı adamlara həvalə edib, bu da onların öz seçimidir. Kaş ki, İslam dünyası Hz. Məhəmməddən (S.Ə.S.) sonra adamların deyil, elmin dalınca gedəydi. Bu gün tamam fərqli mənzərə olacağına şübhəm olmazdı. Ancaq sevindirici odur ki, müşahidəmə görə Azərbaycanda əhəmiyyətli sayda insanlar elmin sözünə üstünlük verdilər."
Bu xəbər oxucular tərəfindən 1154 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed