Şrift:
Fərəc Quliyev: “Belə şeylər cavabsız qala bilməz”
29.07.2014 [01:53] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Millət vəkili Fərəc Quliyev Moderator.az-a açqılamasında Kəlbəcərə səfər əsnasında öldürülən Həsən Həsənovun meyitinin Azərbaycana verilməməsini şərh edib və ermənilərin etdikləri əmələ görə hökmən cəzalandırılacağını bildirib:
“Doğma torpaqlarımıza getmək, o torpaqları ziyarət etmək hər bir vətəndaşımızın haqqıdır. H.Həsənov orada öldürülüb, Azərbaycan vətəndaşına qarşı cinayət törədilib. Bu, müharibə cinayətlərindən biridir. Azərbaycan vətəndaşı ölkənin hər yerində dəfn oluna bilər. Vətənin hər yeri bizim üçün əzizdir. Biz özümüz H.Həsənovu Azərbaycanın hər hansı bir yerində dəfn eləsəydik, bu, başqa məsələ olardı. Ermənilər isə təbii ki, məqsədli şəkildə, H.Həsənovun cənazəsini bizə verməmək üçün ediblər. Böyük ehtimallarla onlar soydaşımıza işgəncələr verdiyindən ekspertizanın bununla bağlı rəy verəcəyindən ehtiyat ediblər. Lakin hesab edirəm ki, onların bu addımına nə vaxtsa hökmən cavab veriləcək. Belə şeylər cavabsız qala bilməz”.

Seymur Əliyev
Bu xəbər oxucular tərəfindən 1219 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed