Şrift:
Ukraynada 50 nəfər öldü
29.07.2014 [16:56] - Gündəm, Hərb
Ukrayna Silahlı Qüvvələrinin 10 hərbi qulluqçusu həlak olub, 55 hərbçi isə yaralanıb.
Anspress-in məlumatına görə, bu barədə Ukrayna mətbuatı xəbər yayıb. Məlumata görə, dünən də Luqanskda terrorçularla döyüşlərdə daha 23 hərbçi həlak olub.

Döyüşlər zamanı hərbiçilərlə yanaşı dinc sakinlər də ölüb. Qorlovkada gedən döyüşlərdə 17 sakin həlak olub. Ölənlər arasında 3 uşağın da olduğu bildirilir. Bu hadisədən sonra ölkədə üçgünlük matəm elan edilib.

Qorlovka şəhər sovetinin saytından verilən məlumata görə, şəhərin mərkəzi hissəsinin ağır artilleriyalardan atəşə tutulması nəticəsində 43 sakin yaralanıb.

Həmçinin bildirilir ki, şəhərin mərkəzi küçələrində xeyli yaşayış evi dağılıb. Yerli təşkilatlar sakinlərlə birgə fəsadları aradan qaldırmağa çalışırlar.

Qeyd edək ki, 27 iyul tarixində də Qorlovkada gedən döyüşlər zamanı 14 nəfər həlak olub. Ölənlərdən beşinin körpə uşaq olduğu qeyd edilib.
Bu xəbər oxucular tərəfindən 720 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed