29.07.2014 [20:22] - Gündəm, Türk dünyası-Turan
Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyənin Bolu bələdiyyə başqanı Aladdin Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Ramazan bayramında Tovuz rayonunda ön cəbhədə yerləşən Əlibəyli və Ağdam kəndlərini ziyarət edib və Ermənistanın vandalizm aktları ilə yaxından tanış olub.
Burada Türkiyə nümayəndə heyətinə mürahibə dövrü ilə bərabər atəşkəs dövründə də Tovuzun ön cəbhə kəndlərinin sakinlərinin yaşadıqları barədə geniş məlumatlar verilib. Millət vəkili Q.Paşayeva Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini mütəmadi olaraq pozması və sərhəddə yerləşən kəndlərin mülkü sakinlərinə zərər vurması, insanların neçə illərdir kənd qəbiristanlığını ziyarət etməyə imkan verməməsi, bu addımı atmaq istəyən şəxslərin snayperlərlə vurulması, bu səbəbdən kənd camaatının yeni qəbiristanlıq salma məcburiyyətində qalmasından, həmin qəbiristanlıqda yerləşən tarixi, dini abidələri Ermənistan silahlı qüvvələrinin yandıraraq məhv etmələri, kənd sakinlərini suvarma üçün su mənbəyindən istifadə etməyə snayperlərlə imkan verməməsi, payızda otların qurumağa başladığı zaman kəndə yaxın ərazilərə silahlardan atəş açaraq yanğın törətməsi, bir sözlə, insanlığa sığmayan əməllərini davam etdirmələri barədə geniş məlumatlar verib.
Millət vəkili Q.Paşayeva Ermənistanla ön cəbhədə yerləşən Tovuz rayonu, sakinlərinin müharibə dövründə göstərdiyi qəhrəmanlıqlar, verdiyi şəhidlər və Milli qəhrəmanları haqqında məlumat verib.
Türkiyənin Bolu vilayətinin bələdiyyə başqanı A.Yılmaz, müavini Emine Davarçıqlıoğlu, bələdiyyə rəsmiləri Gülər Mert, Mehmet Çetin Ermənistanın törətdiyi vandalizm aktlarını kəskinliklə qınadıqlarını bildiriblər və hər zaman Azərbaycanın yanında olduqlarını və olacaqlarını deyiblər. Onlar Ramazan bayramında ön cəbhə rayonu Tovuza qardaşlarına mənəvi dəstək olmaq üçün gəlməkdən böyük məmnuniyyət duyduqlarını deyib, azərbaycanlıları Ramazan bayramı münasibətilə təbrik ediblər. Onlar Tovuz rayonu, onun keçmişi, bu günü, tarixi-mədəni abidələri və s. ilə yaxından tanış olub və Azərbaycanın ön cəbhə bölgələrindən olan Tovuzu ziyarət etməkdən böyük məmnuniyyət duyduqlarını deyiblər.
Millət vəkili Q.Paşayeva və ön cəbhədə yerləşən hərbi hissənin rəhbərliyi Türkiyənin Bolu vilayətinin bələdiyyə başqanı A.Yılmaza, bələdiyyə başqan müavini E.Davarçıqlıoğluna, bələdiyyə rəsmiləri G.Mert və M.Çetinə Əlibəylidə Azərbaycanın əsgər və zabitləri adından Azərbaycan əsgərinin hərbi formasını hədiyyə ediblər və bildiriblər ki, "bu ən qiymətli hədiyyədir və biz inanırıq ki, siz hər zaman özünüzü Azərbaycan Ordusunun könüllü bir əsgəri kimi hiss edəcəksiniz".
Azərbaycan əsgərinin formasını geyinən türkiyəli rəsmilər və qonaqlar "bu, həyatımızda aldığımız ən gözəl hədiyyələrin önündə gəlir və hər zaman Azərbaycanın və Ordusunun yanındayıq, onun bir əsgəriyik və bu hədiyyədən, bu formanı geyməkdən böyük şərəf və qürur duyuruq" deyərək hər biri əsgər salamı veriblər və "gələn tədbirləri birlikdə işğaldan azad edəcəyimiz torpaqlarımızda keçirək", - deyə arzularını da dilə gətiriblər.

Bu xəbər oxucular tərəfindən 838 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |