Şrift:
Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıblar
30.07.2014 [13:01] - İdman
Çexiyanın paytaxtı Praqada keçirilən gənc cüdoçuların Avropa Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışa 11 idmançı ilə qatılan Azərbaycan millisi vətənə 4 medalla qayıdıb.

Belə ki, həmyerlilərimizdən Davud Məmmədovla (60 kq) Hüseyn Rəhimli (73 kq) çempion adına layiq görülüblər. Yalnız finalda komanda yoldaşına uduzan Fəqan Quluzadə (73 kq) ikinci yeri tutub. Onlardan fərqli, Firudin Dadaşov (90 kq) bürünc medalla kifayətlənib.

Qeyd edək ki, yığmamız komanda hesabında (36 ölkə) 3-cü yeri tutub. Onlar Braziliya (5-2-4) və Ukraynadan (3-0-1) geri qalıblar.
Bu xəbər oxucular tərəfindən 829 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed