Şrift:
Kremençuqun azərbaycanlı meri Oleq Babayevin dəfn mərasimində 50 min insan iştirak edib
30.07.2014 [13:16] - Gündəm, Diaspor
Ukraynanın Kremençuq şəhərində qətlə yetirilən şəhər meri Oleq Babayev dəfn olunub.

UNİAN agentliyinin verdiyi xəbərə görə, vida mərasimində 50 minə yaxın adam iştirak edib.

Oleq Babayevin tabutu üzərinə Ali Rada, Nazirlər Kabineti, Ukrayna Futbol Federasiyası, Kiyev Meriyası, və həmçinin yüzlərlə təşkilatlar tərəfindən əklil qoyulub.

Xatırladaq ki, Ukrayna Ali Radasının keçmiş azərbaycanlı deputatı, “Vorskla” futbol klubunun prezidenti, 2010-cu ildən etibarən Kremençuq şəhərinin meri vəzifəsində çalışmış Oleq Babayev iyulun 26-da qətlə yetirilib. Hadisə ilə bağlı Ukrayna Cinayət məcəlləsinin 115-ci maddəsi üzrə (qəsdən adam öldürmə) cinayət işi açılıb. İstintaq-axtarış əməliyyatları davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 1160 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed