Şrift:
ABŞ-ın Azərbaycandakı səfirliyi: Viza probleminin nə vaxtadək davam edəcəyini bilmirik
31.07.2014 [12:16] - Gündəm, Hadisə
ABŞ-ın Azərbaycandakı səfirliyi vizaların verilməsində yaranmış problemlə əlaqədar məlumat yayıb.

ABŞ-ın Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsində yer alan məlumatda deyilir ki, ABŞ Dövlət departamentində viza sistemi ilə bağlı problemlər yaranıb.

Qeyd edilir ki, qlobal miqyaslı əməliyyatlara təsir edən problem ayrı-ayrı ölkələrə deyil, bütün dünya ölkələrinə təsir göstərir.

«Biz yaranmış narahatlığa görə təəssüf edirik. Pasportları vaxtında qaytarmaq üçün əlimizdən gələni edəcəyik. Təəssüf ki, problemin nə vaxtadək davam edəcəyini bilmirik. İstisna kimi xüsusi hallar nəzərdən keçiriləcək”, - deyə məlumatda vurğulanıb.
Bu xəbər oxucular tərəfindən 766 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed