19.12.2011 [12:47] - Gündəm
Bakı və Abşeron yarımadasında dekabrın 20-də buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, hava əsasən yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 9-14 dərəcə isti olacaq.
Dekabrın 21-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Havanın səhər bəzi yerlərdə dumanlı, az çiskinli olacağı, günün ikinci yarısında dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 5-8, gündüz 9-14 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında dekabrın 20-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq. Cənub küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 5-10 dərəcə şaxta olacağı gözlənilir.
Dekabrın 21-də bölgələrdə hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman, Lənkəran-Astara bölgəsində çiskinli yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə güclənəcək, qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 4-9 dərəcə şaxta olacağı proqnozlaşdırılır.
Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 20-dən 21-dək Abşeron yarımadasında nisbətən sabit və mülayim hava şəraitinin gözlənilməsinə baxmayaraq, atmosfer təzyiqinin xeyli enməsi fonunda gilavar küləyinin və rütubətli havanın üstünlüyü, eyni zamanda temperatur inversiyasının olması ürək-damar xəstəliyi olan bəzi meteohəssas insanlar üçün əlverişsizdir.

Bu xəbər oxucular tərəfindən 1018 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |