31.07.2014 [14:21] - İdman
“Qarabağ” Çempionlar Liqasında iki ilkə imza atıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu bu yarışın III təsnifat mərhələsində qələbə qazanan ilk klubumuz kimi tarixə düşüb.
Belə ki, bunadək qitənin ən nüfuzlu klub turnirində pley-offun bir addımlığınadək irəliləyən təmsilçilərimiz qələbə qazanmadan Avropa Liqasına yuvarlanmışdı. 2009-cu ildə “Bakı” Bolqarıstan “Levski”si (0:0, 0:2), 2012-ci ildə isə “Neftçi” İsrailin Kiryat-Şmona şəhərini təmsil edən “Hapoel” (0:4, 2:2) önündə “ağ bayraq” qaldırmışdı.
“Qarabağ” həm də Çempionlar Liqasında ardıcıl 3 qələbə qazanan ilk Azərbaycan komandası oldu. Avstriyalılardan əvvəl Malta “Vallletta”sını iki dəfə udan (1:0, 4:0) ağdamlılar təmsilçilərimizdən heç birinin bacarmadığı uğura imza atıb.
Bundan başqa, Qurban Qurbanovun yetirmələri qitənin ən nüfuzlu klub turnirində eyni mövsümdə 3 qələbə qazanan 2-ci komanda oldu. “Qarabağ” 2005/06 mövsümündə Çempionlar Liqasında 3 dəfə qalib gələn “Neftçi”nin rekordunu təkrarlayıb.

Bu xəbər oxucular tərəfindən 771 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |