31.07.2014 [14:42] - Gündəm, Hadisə
Bakıda xeyli miqdarda rus pulu dövriyyədən çıxarılıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nərimanov rayonu ərazisində yerləşən valyutadəyişmə məntəqəsinə gəlmiş naməlum şəxs orada işləyən Bakı şəhər sakini Elşad Cəfərquliyevə 24 000 rubl verib və 518 manat 40 qəpik pul alaraq oranı tərk edib. Sonradan həmin pulların saxta olması müəyyən edilib.
Nərimanov Rayon Polis İdarəsi əməkdaşları tərəfindən hadisəni törədən Rusiya Federasiyası vətəndaşı Hüseyn Hüseynli tutulub.
Nərimanov Rayon Polis İdarəsi əməkdaşları tərəfindən hadisəni törədən Rusiya Federasiyası vətəndaşı Hüseyn Hüseynli tutulub.
Bu xəbər oxucular tərəfindən 1104 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |