Şrift:
Ukrayna parlamenti Niderland və Avstraliyanın Donbasa əsgər göndərməsinə icazə verib
31.07.2014 [15:06] - Gündəm, Hərb
Ukrayna Ali Radası Donbas regionunda beynəlxalq polis missiyasının təşkilinə dair Avstraliya və Niderlandla imzalanan sazişləri ratifikasiya edib.

APA-nın UNIAN-a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə “Suveren Avropa Ukraynası” fraksiyasından olan deputat Sergey Labazyuk deyib.

Onun sözlərinə görə, Malayziyaya məxsus “Boing-777”nin qalıqlarının düşdüyü ərazidə ekspert qrupunun təhlükəsizliyini təmin etmək məqsədi ilə beynəlxalq polis missiyası yaradılacaq.

“Qəbul etdik, 321 nəfər səs verdi. Başqa məsələlər hələlik Radanın gündəmində deyil”, – deyə deputat qeyd edib.

S. Labazyuk əlavə edib ki, ilkin mərhələdə Donbasa 300 avstraliyalı hərbçi gələcək. Növbəti mərhələdə isə hollandiyalı hərbçilər fəaliyyətə başlayacaq.
Bu xəbər oxucular tərəfindən 715 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed